Dərc edildi: Baxış sayı: 639
Həkimin qəddarlığı: stomatoloq müalicədən əvvəl xəstə uşağa işgəncə verdi
Qazaxıstanın Aktau şəhərində diş həkimini serebral iflic xəstəsi olan uşaqla sərt rəftar etməkdə günahlandırırlar.
Həkimin qəddarlığı “inAktau”nun yaydığı videoda əks olunub.
Anası serebral iflic xəstəsi olan uşağı diş həkiminə gətirib. Qadın kabinetdən çıxdıqdan sonra uşaq ağlamağa başlayır. Bu zaman həkim ona qarşı güc tətbiq edir: qaldırıb kresloya atır, silkələyir və hədə-qorxu gəlir.
Otaqda iki tibb bacısının omağna baxmayaraq onlar uşağı qəddar həkimin əlindən almağı belə düşünmürlər.
Klinikadan çıxdqdan sonra uşağın anası polisə şikayət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət