Slimfit
  1. CƏMİYYƏT

Həkim-terapevt: “14 və hətta altı yaşdan yuxarı uşaqları da peyvənd etmək lazımdır”

Həkim-terapevt: “14 və hətta altı yaşdan yuxarı uşaqları da peyvənd etmək lazımdır”
Sakura

Həkim-terapevt: “14 və hətta altı yaşdan yuxarı uşaqları da peyvənd etmək lazımdır”

“Düşünürəm ki, bu günlərdə 14 yaşından başlayaraq yeniyetmələr də peyvənd edilməlidir, çünki bu yaş bir uşağın uşaqlıq yaşından yetkinliyə keçməsi ilə qeyd olunur. Qalan yaş kateqoriyalarına gəldikdə, vəziyyət dəyişərsə və yoluxmuş uşaqların sayı artarsa, peyvənd uşaqlara daha erkən yaşdan, məsələn, altı yaşdan etibarən vurula bilər”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə həkim-terapevt Mehriban Abdullayeva Media.Az-a açıqlamasında deyib.

Mehriban Abdullayeva uşaqları immunizasiya etmək üçün ayrıca bir peyvənd hazırlanması lazım olduğuna inanan bəzi mütəxəssisləri dəstəkləmir. Yeri gəlmişkən, hər yaş qrupundan olan uşaqlar üçün bir neçə peyvəndin yaradılmasının lazım olduğu barədə də fikirlər var.

“Hesab edirəm ki, uşaqlar böyüklər kimi eyni dərmanlarla vaksinasiya oluna bilər. Məsələn, bütün ailəm və mən “Pfizer” peyvəndi vurdurmuşuq”, - deyə mütəxəssis bildirib.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer” peyvəndini 12 yaşdan yuxarı uşaqlar üçün ən uyğun vaksin adlandırıb.

Valideynlərin mümkün yan təsir ilə əlaqədar narahatlıqlarını şərh edən həkim dərmanın uşaqlarda təsirlərinin böyüklərdəki kimi ola biləcəyini deyib:

“Axı biz dəfələrlə uşaqlarımızı peyvənd etmişik və bədənin reaksiyasını görmüşük. Peyvənd vaksinin analoqudur, həm aktivləşdirilə bilər, həm də təsirsiz hala gətirilə bilər, yəni bədənə ya ölü və ya qismən yaşayan hissəciklər daxil edilir”.

Onun sözlərinə görə, peyvənd bədənin əks reaksiyasını göstərir, hər kəsdə özünü fərqli şəkildə büruzə verir:

“Bu, ümumi ola bilər, yəni hərarət, baş ağrısı və digər narahatlıqlar şəklində və ya lokal xarakter daşıyaraq, şişlik və ya qızartı şəklində özünü göstərir. Bədənin peyvəndə hər hansı bir reaksiyasının olması və ya olmaması tamamilə normaldır”.

Mehriban Abdullayeva bildirib ki, uşaqlar üçün peyvənd damcı vasitəsi ilə tətbiq edilə bilər:

“Məsələn, poliomielit (mərkəzi sinir sistemini, ilk növbədə onurğa beynini təsir edən, bəzən iflicə səbəb olan, əsasən beş yaşdan kiçik uşaqlar arasında yayılmış kəskin virus xəstəliyi) kimi bir virus var. Ona qarşı peyvənd damcı formasındadır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR