Slimfit
  1. CƏMİYYƏT

Həkim-reanimatoloq: “Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır”

Həkim-reanimatoloq: “Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır”
Sakura

Həkim-reanimatoloq: “Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır”

“Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır, deyərdim. Yoluxma sayı gündə üç-dörd mini keçir və bunlar yalnız testdən keçənlər, yəni rəsmi statistik məlumatdır. Ancaq heç bir ağırlaşma olmadığı üçün bunun adi bir qrip olduğunu düşünərək, evdə müalicə alanlar da var”.

Bu barədə Bakının modul tipli xəstəxanalarından birinin reanimasiya həkimi, ardıcıl altıncı aydır koronavirus xəstələrini müalicə edən Rəsul Fətəlibəyli Media.Az-a müsahibəsində deyib.

O, indiki yoluxma zamanı ağciyər zədələnməsinin daha böyük sahələri əhatə etdiyini vurğulayıb.

“Əvvəllər ağciyərlərin 15 faiz zədələnməsini çox böyük hesab edirdiksə, indi bu nisbət günümüzdə qarşılaşdığımız 70-80 və hətta 90 faiz nisbəti ilə müqayisədə çox azdır. Biz həkim olaraq hər kəsə kömək etməyə çalışırıq, amma imkanlarımız məhduddur.

Evdə müalicə alanlar üçün nəinki oksigen aparatı və ya ağciyərlərin süni ventilyasiyası cihazı, hətta bəzi antiviral dərmanlar tapmaq da, demək olar ki, mümkün deyil. Yəni vəziyyət çox çətindir”.

Həkimin sözlərinə görə, modul tipli xəstəxanada iş hər gün səkkiz saat olmaqla, üç növbəyə bölünür. Xəstələrin sayı isə o qədər çox olur ki, hətta oturmağa və çay içməyə vaxt tapa bilmirlər. O xəstələrin sayının bu qədər çox olmasını insanların xəstəliyin əvvəlində onun bu qədər sürətlə inkişaf edəcəyini gözləməmələri ilə əlaqələndirib.

Reanimotoloq əvvəlki dövrlə müqayisədə, xəstələrin yaşında da fərqliliyin olduğunu vurğulayıb.

“Ciyərlərinin 40 faizi zədələnən ən gənc xəstəmizin 27 yaşı var idi. Epidemiya ilk başlayanda buna heç yaxın göstərici yox idi, bu cür xəstələrə yayda da rast gəlməmişəm. Bu gün xəstələrimiz, əsasən, 45 və daha çox yaşı olanlardır”, - deyə o, sözlərini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR