Slimfit
  1. DÜNYA

Həkim qadının niqabını açmasını istədi, işindən oldu

Həkim qadının niqabını açmasını istədi, işindən oldu
Sakura

Həkim qadının niqabını açmasını istədi, işindən oldu

Britaniyada 23 illik təcrübəsi olan həkim Kit Volverson (Keith Wolverson) müsəlman qadına qarşı diskriminasiyada ittiham olunub.

Bu barədə “The Mirror” yazır.

Həkimin sözlərinə görə, niqablı qadın tonzilitdən əziyyət çəkən on yaşlı qızını həkim müayinəsinə gətirib. Həkim onu üzə çıxan simptomlarla bağlı sorğu-suala tutub, ancaq buna cavab ala bilməyib.

O, qadının üzünü açmasını istəyib və sonuncu həkimin xahişini etirazsız şəkildə yerinə yetirib. Ancaq müsəlman qadın evə döndükdən sonra ərinə həkimin ona qarşı kobud davrandığını bildirib.

Cütlük K.Volversondan xəstəxana rəhbərliyinə şikayət edib. Şikayətə görə, həkim qadını niqabı çıxarmağa məcbur edib və tələbə tabe olmayacağı təqdirdə qızını müayinədən keçirməyəcəyini söyləyib.

Tibb işçisinə qarşı diskriminasiya ilə bağlı araşdırma başlanılıb. Ancaq həkim Baş Tibbi Şuranın (Britaniya) araşdırma nəticələrinin elan olunmasını gözləmədən, karyerasına son qoyub.

“Hesab edirəm ki, böyük ədalətsizlik baş verib. Mən artıq həkim olmaq istəmirəm”, - deyə Volverson bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR