Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"

Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"
Sakura

Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"

Bizimyol.info-nun suallarını hazırda Səudiyyə Ərəbistanında, “Məlik Fəth” xəstəxanasında fəaliyyət

 

göstərən həkim Azər Mustafayev cavab verir.

 

Dünya COVİD-19-a görə niyə bu qədər təlaş keçirir?

 

Kardioloq Azər Mustafayev Azər Mustafayev

 

Reuters-in hazırladığı qrafikə baxın. Yoluxan hər 50 nəfərdən neçəsini itirəcəyik?

MERS: 17 nəfər,

SARS: 5 nəfər,

COVID-19: 1 nəfər

1 000 adamı yoluxdurmaq üçün virusa nə qədər zaman lazımdır?

MERS: 903 gün (2.5 il)

SARS: 130 gün

COVID-19: 48 gün

Yəni,COVİD 19 daha az öldürücüdür, amma çox sürətlə yayılır.Üstəlik inkubasiya dövründə belə yoluxma xüsusiyyətinə malikdir. Yəni gözə görünmədən, əlamət olmadan. Onu qorxunc edən də məhz budur.

Ərəbistanda işlədiyim xəstəxananı sırf koronavirus xəstələri üçün ayırıblar. Xəstəxanamıza dünən18 COVİD-19 xəstəsi gəlmişdi.Diaqnoz təsdiqlənmişdi. Amma fakt bu idi ki, onların dördü də evə yazılmışdı və heç burunları da axmırdı.Onların heç birində heç bir xəstəlik əlaməti görünmürdü, yalnız üçü yüngül öskürürdü.19-40 yaş aralığında xəstələr idilər.

-Dünən İsveç hökuməti bəyan etdi ki, əhalini qorumaq üçün dövlət hansısa xüsusi tədbirlər görməyəcək.Başqa sözlə hökumət deyir ki, hamı yoluxsun ki, immunitet yaransın.

-İsveçin dediyində müəyyən həqiqət var. Amma başını buraxmaq olmaz. Nəzarətdə saxlamaq şərti ilə. Amerika kəşf olunarkən yeni qitəyə Avropalılar özləri ilə bir çox xəstəliklər gətirdilər, yerli hİndu tayfalarında həmin xəstəliklərə qarşı immunitet yox idi. Bəzi hesablamalara görə Avropalıların ayağı Amerikaya dəyəndə orada (Şimali və Cənubi Amerikada) 60 mln. nəfər yerli əhali olub, cəmi bir neçə ilə müxtəlif “gəlmə” viruslardan əhalinin 90%-ə yaxını qırılıb. Amerikaya Afrikadan çoxsaylı qulların gətirilməsi məhz bu faktla bağlıdır – yerli işçi qüvvəsi qalmadı, şəkər, pambıq plantasiyalarında, qızıl və gümüş mədənlərində işləmək üçün Afrikadan milyonlarla qul gətirdilər.

Yerlilərin ölümünə səbəb Avropa insanları və onların özləri ilə gətridikləri heyvanlar oldu. Avropalılarda bu heyvanlara, onların bədənində yaşayan virus və bakteriyalara immunitet var idi, yerlilərdə yox.Yəni o vaxtkı müşket silahları ilə 100 milyon insanı qırmaq mümkün deyildi. Düzdür, silahlarla da öldürdülər amma əsas ölüm səbəbi avropalılarla gələn xəstəlik oldu.Bizim insanlarımız heyvanlarla təmasdan çox tez ölüm tapmırdılar.

-Çox zaman belə xəbərlər də oxuyuruq, eşidirik. Birinci test zamanı xəstəlik aşkarlanmadı, ikinci test zamanı üzə çıxdı.

-PZR analizlərində dəqiqlik 98 faizdir.Rapit kart testlərlə ikinci dəfə yoxlamağa ehtiyac olur.

-İnsanlarımız havaların isinməsilə xəstəliyin aradan qalxacağına ümid edirdilər. Amma siz Ərəbistandasınız və ora da məlumdur ki, isti iqlim olsa da koronaya əsir düşüb.

-Hazırda mən olan yer Bakıdan isti deyil. Ərəbistanın sərin bölgəsi hesab olunur.Burda 3 milyon insan yaşayır.İstinin bu virusa təsiri var. Amma burda kondisioneri normal işlətmirlər, o şəkildə işlədirlər ki, yorğansız yatmaq mümkün deyil. Bu səbəbdən də virus buralarda ölməsə mən bununla əlaqələndirəcəm

Virusun bir xəstədən başqalarına bulaşmasının qarşısını almaq üçün 40 dərəcə isti lazımdır. Tibb riyaziyyat deyil. Bu sadəcə fərziyyədir, təsdiqini tapacaq ya tapmayacaq bunu yay göstərəcək.

-Koronavirus mütləq şəkildə xəstənin yaxınlarına yoluxur?

-Mənim rast gəldiyim belə təcrübə olub ki,xəstənin ailə üzvlərinə keçməyib.Yəni mütləq deyil. Qarşı tərəfdəki insanın ummunitetinin gücündən asılıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR