Dərc edildi: Baxış sayı: 568
Həkim Cavid Paşayev koronavirusdan sağalıb, bu gün evə buraxılacaq
“Hamımızın tanıdığı Cavid Paşayev ən ağır xəstələrin müalicəsi zamanı koronavirusa yoluxmuşdu”.
Ens.az MediaPost-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu gün onun müalicəsi artıq bitib: “O bu gün evinə yola salınacaq. Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət