Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həftədə bir dəfə duş qəbul etmək kifayətdirmi?

Həftədə bir dəfə duş qəbul etmək kifayətdirmi?
Sakura

Həftədə bir dəfə duş qəbul etmək kifayətdirmi?

Moda dizayneri xanım Vivienne Westwood cavan görünməyinin sirrini bu yaxınlarda belə izah edib…o, yalnız həftədə bir dəfə hamamda yuyunur.

Parisdə keçirilən moda tədbirində danışan 76 yaşlı dizayner müxbirlərə deyib ki, insan "həddən ziyadə tez-tez yuyunmamalıdır".

Ətraf mühitin qorunması fəalı Donnachadh McCarthy bu yanaşma ilə tam razıdır.

O düşünür ki, daha az-az duş qəbulu və bu yolla suya qənaət etmək iqlim dəyişikliyi ilə mübarizənin mühüm üsullarından birinə çevrilə bilər.

"Mən hər gün yuyunuram, lakin duş qəbul etməklə yox, sadəcə çanağa su doldurub bədənimə çiləyirəm", - o deyir.

Onun sözlərinə görə, 1960-cı illərədək "hamı elə bu yolla yuyunurdu".

"Və heç kim də iy vermirdi", - Donnachadh qeyd edir.

Bu üsulla yuyunmaq üçün gündə cəmi 1-2 litr su lazım olur, halbuki, duş qəbul etmək üçün təxminən 60 litr su tələb olunur.

Elektrik enerjisi ilə işləyən duş isə 80 litr su sərf edir.

 

Donnachadh McCarthy hesab edir ki, iqlim dəyişikliyi ətraf mühit üçün ciddi fəsadlar törədir, nəticədə dünyanın müəyyən ərazilərinin yaşayış üçün yararasız hala düşə bilər.

Həm istifadə olunan suyun həcmi, həm də onun qızdırılmasına sərf olunan enerji problem yaratmaqdadır.

"Elektrik duşla yuyunan 4 nəfərlik ailənin karbon sərfiyyatı 4 ton təşkil edə bilər, - Donnachadh McCarthy qeyd edir. - Suyu qızdırmaq üçün 6000 vatt gücündə elektrik enerjisi tələb ounur. Bu, təxminin 600 işıq lampasının işləməsi deməkdir".

Onun sözlərinə görə, çanağa suyu yığıb yuyunmaq, duş qəbul etməkdən daha çox vaxt tələb edir.

"Dəsmalı yerə sərirsən, çanağa su doldurursan və suyu bədəninə çiləyirsən", - Donnachadh deyir.

O bunun səbəbini əqidəli ətraf mühit qoruyucu olması ilə izah edir.

25 il bundan əvvəl Amazon ovlağının mərkəzində yerləşən Yanomami məntəqəsinə baş çəkərkən, Donnachadh hindilərə rast gəlib və onların saçının və dərisinin necə təmiz və sağlam oldunun şahidi olub.

"Halbuki, onlar nə sabun, şampundan, nə də duşdan istifadə etmirdilər. Mənim isə başımda kəpək var idi", - Donnachadh xatırlayır.

O andan, Donnachadh sabun və şampundan, duşdan istifadə etməklə yuyunmaqdan imtina edir.

"Üç aydan sonra başımdakı kəpək birdəfəlik yox oldu", - o deyir.

Donnachadh düşünür ki, tez-tez yuyunmaq, sabun və şampundan istifadə etmək, çoxsaylı televiziya və digər növ reklamların, bu sahədə formalaşmış dəbin nəticəsidir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR