Həbs edilən icra başçısının şok əməlləri: Nələr edib?
Xəbər verdiyimiz kimi, Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev və müavini rüşvətə görə həbs edilib.
Axar.az Nizaməddin Quliyev haqqında yayılan neqativ məlumatların bəzilərini təqdim edir:
2015-ci ildə saytımızda Goranboyda sahibkarlara məxsus anbarları həmin sahədə yerləşən və N.Quliyevə məxsus olduğu iddia edilən obyektə gedən yolun açılması üçün dağıdılacağı barədə məlumat yayılıb.
Həmin ildə Nizaməddin Quliyev humanitar məsələlər üzrə müavini Elnarə Yusifovanı, 2016-cı ildə isə baş məsləhətçi vəzifəsində çalışan Əli Təhməzovu işdən azad edib. İddiaya görə, buna səbəb onun haqda mediaya sızdırılan neqativ məlumatlar olub.
Elə həmin ildə Nizaməddin Quliyevin öz diqqətini daha çox şəxsi restoranlarına və sanatoriya biznesinin inkişafına yönəltdiyi vurğulanıb. 2018-ci ildə icra başçısının rayonda fermer kimi fəaliyyət göstərən Akif Rzayevin qışlaq sahəsinin bir hissəsini Gəncə şəhər sakini Yasin Hüseynov və onun oğlu Yelmar Hüseynova 30 min manat müqabilində verməsi barədə xəbərlər yayımlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət