Dərc edildi: Baxış sayı: 522
Həbibin növbəti döyüşünün vaxtı açıqlandı
UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı açıqlanıb.
"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı döyüşçünün növbəti görüşü gələn ilin mart və ya aprel ayında baş tutacaq.
Bu barədə Nurməhəmmədovun meneceri Rizvan Maqomedov məlumat verib. Döyüşün harada keçiriləcəyi isə dəqiq bilinmir.
Qeyd edək ki, bir müddət əvvəl açıqlama verən Həbib Nurməhəmmədov növbəti döyüşünü Rusiyada keçirmək istədiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət