Dərc edildi: Baxış sayı: 889
Həbibə nəyi qadağan ediblər - Məşqçisi danışdı
Amerika Kikboksinq Akademiyasının (AKA) məşqçisi Xavyer Mendes məşhur döyüşçü Həbib Nurməhəmmədova qoyulan qadağadan danışıb.
O bildirib ki, Həbibə oktaqonda zərbə texnikasından istifadə etməyə icazə vermirlər.
Mendes deyib: “Hamıya yaxşı məlumdur ki, Həbib müdafiədə çox arxayın davranır. Amma ətrafdakıların ağlına da gəlmir ki, o nə qədər güclüdür. Oktaqonda mən də, atası da ona zərbələrdən istifadə etməyə qadağa qoymuşuq".
Məşqçi onu da deyib ki, döyüşçününü müxtəlif bacarıqlarını nümayiş etdirməsindən daha çox onu nəticə maraqlandırır.
Mendes əlavə edib: “Onun əsas silahı mübarizənin özüdür. Yüngül çəkidə bu baxımdan onunla yarşışa biləcək adam tanımıram”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət