Slimfit
  1. İDMAN

Həbibdən inanılmaz təklif

Həbibdən inanılmaz təklif
Sakura

Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı idmançı Həbib Nurməhəmmədov Dağıstandakı gecə klublarını…

Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı idmançı Həbib Nurməhəmmədov Dağıstandakı gecə klublarını bağlamağı təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, təklif Mahaçqalada Milli Qvardiyanın əməkdaşının qətlindən sonra səsləndirilib.

“Həmyerlilərimə bir sualım var: bu gecə klubları bizim cəmiyyətimizə hansı xeyiri gətirir?” – o, İnstagram səhifəsində yazıb.

Başqa bir məşhur idmançı, sərbəst güləş üzrə olimpiya çempionu Əbdülrəşid Sadulayev İnstagram səhifəsində şərh yazmaqla gecə klublarının bağlanması ideyasını dəstəkləyib. Hər iki idmançının çağırışına minlərlə insan qoşulub.

Xatırladaq ki, ötən gücə Mahaçqalada Milli Qvardiyanın əməkdaşı davanın qarşısını almağa çalışarkən atışmada həlak olub. Hadisə “Best” kafesininin girişində baş verib.

“RİA-Novosti” agentliyinə məlumatlı mənbə bildirib ki, əlbəyaxa döyüş üzrə dünya çempionu Mahaçqalada bazar günü gecəsi Rusiya Milli Qvardiyasının əməkdaşının qətlində şübhəli hesab olunur.

Agentliyin həmsöhbəti qeyd edib ki, şübhəli şəxs hazırda reanimasiyadadır. Ora girişə icazə verilmədiyinə görə istintaq hərəkətlərinin keçirilməsi üçün imkan yoxdur. Mənbə həmçinin bildirib ki, polis hadisə yerindən qaçaraq gizlənən daha iki şübhəlinin şəxsiyyətini əvvəlcədən müəyyən edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR