Həbib ərəblərin 100 milyon dollarlıq təklifini rədd etdi
UFC üzrə son çempion Həbib Nurməhəmmədov qalmaqallı addım atıb.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyə Ərəbistandan Dağıstan əsilli rusiyalı döyüşçüyə irlandiyalı idmançı Konor Makqreqorla revanş qarşılaşmasına sözügedən ölkədə çıxması üçün 100 milyon dollarlıq təklif gəlib. Lakin Həbib bundan imtina edib. 31 yaşlı idmançı fikirlərini bu cür açıqlayıb:
“Elə bir pula nəyə görə ehtiyacım olsun? O qədər təşkilat var ki... Məsələn, görmə qüsuru olan şəxslər üçün futbol, sambo və digər idman yarışları təşkil edilir. UFC bu qədər pulla nə edəcəyini bilmirsə, onlara versin. O axmağı təkrar döymək üçün mənə 100 milyon dollar vermək heç də məntiqli deyil”.
Xatırladaq ki, Həbib 18 apreldə Toni Ferqüsonla qarşılaşacaq. O bu qarşılaşmanın qalibi olduğu halda Makqreqor ilə döyüşə çıxa bilər. Ancaq idmançının Səudiyyə Ərəbistanın təklifini rədd etməsi onun Konorla qarşılaşmaq istəməməsi kimi də qələmə verilir.
Qeyd edək ki, Həbib və Konor arasında 2018-ci ildə döyüş keçirilib və rusiyalı döyüşçü qalib gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət