Dərc edildi: Baxış sayı: 540
Hayabus-2 asteroidin səthinə enməyə başladı
Yaponiyanın Hayabus-2 kosmik zondu Ryuqu asteroidinin səthinə enməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Aerokosmik Agentliyi informasiya yayıb.
Məlumata görə, eniş zəruri olan bütün sistemlərin yoxlanılması üçün bir neçə saatlıq ləngiyib. Hazırda isə zondun 6 metr diametrə sahib olan bölgəyə enməsi planlaşdırılır. Hayabus-2 ilin sonuna qədər asteroidin səthindən 3 dəfə nümunə götürəcək və onları Yerə çatdıracaq.
Qeyd edək ki, Hayabus-2 2014-cü ildə kosmosa qaldırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət