Slimfit
  1. DÜNYA

Havanın çirklənməsi dünyada yarım milyon körpənin ölümünə səbəb olur

Havanın çirklənməsi dünyada yarım milyon körpənin ölümünə səbəb olur
Sakura

Havanın çirklənməsi dünyada yarım milyon körpənin ölümünə səbəb olur

Yeni doğulmuş körpə ölümlərinin təxminən 20 faizi havanın çirkliliyi ilə əlaqədardır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yeni bir araşdırmaya görə, çirkli hava keçən il dünyada yarım milyona yaxın körpənin həyatının ilk ayında ölməsinə səbəb olub.

Hava çirkliliyinin insan sağlamlığına təsirlərini araşdıran “State of Global Air” 2020-ci ildə bu səbəbdən həyatını itirən yeni doğulanların çoxunun inkişaf etməkdə olan ölkələrdə olduğunu bildirib. Alimlər çirkli havanın körpələrin hələ ana bətnində ikən sağlamlığına təsir etdiyini, vaxtından əvvəl və ya lazımi çəkidə körpələrin doğulmasına səbəb ola biləcəyini aşkar ediblər. Hesabatda mövzu ilə bağlı müəyyən ifadələr yer alıb. Bildirilib ki, çox kiçik və ya çox erkən doğulan körpələr aşağı tənəffüs yollarının infeksiyası, ishal, iltihab, beyin zədələnməsi, sarılıq kimi vəziyyətlərə daha həssasdırlar. Aşağı çəki və vaxtından əvvəl doğuş ilk ayda ölüm üçün vacib risk faktorlarıdır. 2019-cu ildə 476 min körpə həyatının ilk ayında hava çirkliliyinə məruz qalma nəticəsində dünyasını dəyişib.

“Newsweek”in məlumatına görə, havanın çirklənməsi hazırda dünyada 4-cü ən yüksək ölüm səbəbidir. Təkcə 2019-cu ildə çirkli hava səbəbindən 6,67 milyondan çox insan həyatını itirib. Digər tərəfdən mütəxəssislər bu il ilk dəfə çirklənmənin körpə ölümlərinə təsirini araşdırıblar. Nəticədə 330 min körpənin havanın çirklənməsi səbəbindən öldüyü məlum olub. Daxili havanın çirklənməsi yanacaqların, xüsusilə də kömür, ağac və heyvan peyininin istifadəsi nəticəsində baş verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR