Slimfit
  1. CƏMİYYƏT

Hava xəbərdarlıqlarını ciddiyə alın, ehtiyatı olun!

Hava xəbərdarlıqlarını ciddiyə alın, ehtiyatı olun!
Sakura

Hava xəbərdarlıqlarını ciddiyə alın, ehtiyatı olun!

Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə, bu gün və sabah səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

“Ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacağını, güclü külək əsəcəyini nəzərə alaraq, narıncı və sarı xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik: Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməsi, gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınması vacibdir”, - İ.İbrahimova bildirib.

O vurğulayıb ki, sarı və narıncı xəbərdarlıq sərt hava dəyişkənliyindən xəbər verir, faktiki hava məlumatlarından da görünür ki, bəzi yerlərdə leysan yağış yağır, çaylardan sel keçir, güclü külək davam edir.

Nazirlik sözçüsü qeyd edib ki, hər birimizin həyatı üçün gözlənilən təhlükə barədə daha geniş auditoriyanın əhatə olunması ilə əhalinin məlumatlandırılması olduqca zəruridir:

"Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır".

İ.İbrahimovanın sözlərinə görə, ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur:

"Odur ki, verilən hava məlumatlarını, xəbərdarlıqları izləməyi unutmayın, ciddiyə alın və ehtiyatı əldən verməyin. Bilməliyik ki, hər birimizin ehtiyatsızlığı fəlakətə səbəb ola bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR