Slimfit
  1. İDMAN

Haqqı ödənilən ictimai işlərin təşkili qaydalarına dəyişiklik təsdiqləndi

Haqqı ödənilən ictimai işlərin təşkili qaydalarına dəyişiklik təsdiqləndi
Sakura

Haqqı ödənilən ictimai işlərin təşkili qaydalarına dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “Məşğulluq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunub.

Sənədə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrdə işsiz şəxslərin, il ərzində müvafiq inzibati ərazi vahidi üzrə ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 %-dən çox olmamaqla işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu onları haqqı ödənilən işlərə cəlb etməklə təşkil edəcək.

Qanunun yeni redaksiyada verilən 20.2-ci maddəsində isə bildirilir ki, işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir. 

Sənədə əlavə olunan yeni 20.5-ci maddədə qeyd edilib ki, “Peşə təhsili haqqında” qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətə həyata keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR