Slimfit
  1. GÜNDƏM

Haqq işimizə arxa çevirən Azərbaycandakı şirkətləri boykot etmək... – Millət vəkili

Haqq işimizə arxa çevirən Azərbaycandakı şirkətləri boykot etmək... – Millət vəkili
Sakura

Haqq işimizə arxa çevirən Azərbaycandakı şirkətləri boykot etmək... – Millət vəkili

"Bir şirkət hansısa bir lobbinin təzyiqi ilə öz haqlı, obyektiv mövqeyindən geri çəkilirsə, bu həmin şirkərtin ən azı imicinə və nifuzuna uyğun olmayan hərəkətdir”.

Ens.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov "McDonald's"ın Azərbaycan nümayəndəliyinin sosial media hesablarında ordumuza dəstək məqsədi ilə yazdığı post və paylaşımları bir müddət sonra silməsinə və bundan sonra müştərilərin şirkəti boykot etməsi ilə bağlı çağırışlara aydınlıq gətirərkən deyib. Deputat təəssüf hissi ilə Azərbaycanın mövqeyini dəstəkləyən şirkət və media qurumlarına qarşı erməni lobbisi tərəfindən ciddi təzyiqlərin olduğunu vurğulayıb:

"Erməni lobbisi bizə dəstək nümayiş etdirən şirkətlərə, media qruplarına, hətta xarici ölkələrin parlament üzvlərinə qarşı çiddi təzyiq nümayiş etdirməyə çalışır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin saynı azaltmağa çalışırlar. Bu ötən müddətdə haqq səsimizin daha çox çatdırılmasına nail olmuşuq, o cümlədən şirkətlər tərəfindən də Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə bağlı faktların sayı artır. Etiraf etmək lazımdır ki, Azərbaycan diplomatiyası da son aylar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal şəkildə iş aparır”.

"McDonald's"ın, konkret olaraq şirkətlərin, məhsulların boykotuna gəldikdə isə Vüqar Bayramov qeyd edib ki, bu məsələdə vətəndaşların seçimi olmalıdır:

"Əgər bununla bağlı konkret dövlət siyasəti yoxdursa, vətəndaşlar bununla bağlı artıq özləri qərar qəbul edə bilər. Çünki hər bir vətəndaşın seçim, hansı məhsulu almaq, yaxud da almamaqla bağlı qərar vermək hüququ var. Xatırlayırsınıza, bir müddət öncə mən millət vəkili olaraq Azərbaycan vətəndaşlarına xarici mal alan zaman türk mallarına üstünlük verməyə səsləmişdim. O baxımdan əgər hər hansı bir vətəndaş hansısa şirkətin məhsulundan istifadə etmirsə, boykot edirsə, təbii ki, bu, onun öz hüququdur. Bunu da normal qarşılamaq lazımdır”.

Millət vəkilı xarici şirkərləri belə məsələlərdə diqqətli olmağa çağırıb:

"Xüsusən də sözügedən şirkət dünyanın tanınmış brend şirkətlərindəndir. Bu şirkətlər əslində hansısa bir lobbinin təzyiqi ilə öz haqlı, obyektiv mövqeyindən geri çəkilirsə, bu həmin şirkərtin ən azı imicinə və nifuzuna uyun olmayan hərəkətdir. Şirkət özü də çalışmalıdır ki, yalnız Azərbaycan daxilində deyil, bütövlükdə qlobal olaraq öz mövqeyini qoruyub saxlasın. Çünki nəinki şirkət, hətta hər hansı bir vətəndaşın status yazıb sonradan silməsi də bu gün dünyada yaxşı qəbul olunmur. Ona görə şirkətlərin diqqətli olması, məsələlərə, Azərbaycanın haqq işinə obyektiv yanaşması çox vacibdir. Vətəndaşların qərarına gəldikdə isə hər bir şəxs sərbəsdir, qərar vermək hüququ var. Təbbi ki, mən bir millət vəkili olaraq hər bir vətəndaşın fərdi qərarına hörmətlə yanaşmağı məqsədəuyğun hesab edirəm”.

Qeyd edək ki, "McDonald's"ın Azərbaycan nümayəndəliyi sosial media hesablarında ordumuza dəstək məqsədi ilə postları və paylaşımlar edib. Şirkət bir az keçəndən sonra həmin postu silib.

"McDonald's"ın bu addımı Azərbaycan müştəriləri tərəfindən narazılıqla qarşılanıb. Həmçinin eyni addımı "Burger King" və "Papa Johns” şirkəti də atıb. Sosial şəbəkələrdə hər üç şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.

 

Bahar Rüstəmli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR