Dərc edildi: Baxış sayı: 1581
Hansı xəstəliklər xərçəngə çevrilə bilir
Orqanizmin sağlam vəziyyəti ilə hüceyrə fazasına kimi pozulması və xəstə vəziyyətinə düşməsi prosesi uzun müddət davam edən xroniki xəstəliklər fonunda davam edir. Bu bəzən bir neçə il, bəzən onillər boyu vaxt tələb edir.
Amma istənilən halda orqanizmin humoral fazadan matriks və hüceyrə fazasına kimi dəyişməsi baş verir. Əgər insan vaxtında adi xəstəlik, iltihabi prosesi aşkarlayıb müalicə etməsə, proses matriks və hüceyrə səviyyəsinə çataraq asanlıqla xərçəngə keçir.
Medicina.az Bioloji Təbabət klinikasının tərtib etdiyi Xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə, xüsusən Bioloji təbabət metodları ilə tam aradan qaldırmağa çalışın ki, 10-12 il sonra xərçənglə üz-üzə qalmayasız.
Cədvələ əsasən xəstəlik hər hansı sistemdə adi patologiyalarla başlayır, müalicə olunmadıqda Matriks - yəni hüceyrələr arası sahəyə keçir, xronikləşir, daha ağır xəstəliyə çevrilir, o da müalicə olunmadıqda, artıq hüceyrə səviyyəsinə keçərək xərçəngə doğru yol alır.
1.Tənəffüs sistemində - əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır – Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir – Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır – SONDA Ağciyər, traxeya və bronxların xərçəngi yaranır.
2.Həzm sistemi - əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər – matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur – Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası – SONDA barret ezofagit, qida borusu, mədə - bağırsaq xərçəngi yarana bilir.
3. Ekzokrin cinsiyyət sistemi – Süd vəzilərində laktoreyası, Mastit, kistalar –Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma – Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita- SONDA: Süd vəzilərin xərçəngi, karsinoma
4.Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit – Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası- Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya – qaraciyər sirrozu – SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi
5.Epiderma, dəri- tər və qulaq vəziləri smqmanın, saç follikulu piy vəzilərinin hipersekresiyası, dermatit, absses, furunkullar- Matriks fazası: hiperkeratoz, seboreya, ləkələr, ziyillər, ekzema, övrə, anal çatlar, sızanaqlar, hirsutizm – Hüceyrə fazasında: prosiaz, yaralar, xoralar, şüa zədələnmələri- SONDA: karsinoma, melanoma – dəri xərçəngi
6.LOR orqanlar – otit, faringit, stomatit, gingivit, kəskin rinit, sinusit, laringit, dental absses – Matriks fazasında: burun polipləri, dental qranuloma, - Hüceyrə fazasında: atopik rinit, xroniki sinusit, anosmiya, Menyer sindromu, otoskleroz, kariyes, parodontoz – SONDA: dil, qırtlaq, burun-udlaq bə traxeyanın xərçəngi
7.Herminoderma – qadın, kişi cinsiyyət orqanları – toxum mayesi hasilatının artması, qadınlarda menorragiya, kişilərdə prostatit, orxit, qadınlarda ovarit, adneksit- Matriks fazasında: prostatın xoşxassəli hiperplaziyası, qadınlarda yumurtalıqların kistası, polip, fbroz – Hüceyrə fazasında: prostatın hiperplaziyası, sonsuzluq, qadınlarda xroniki adneksit, amenoreya, sonsuzluq, yumurtalıqların atrofiyası – SONDA: prostat, xayaların xərçəngi, teratoma, qadınlarda yumurtalıqların xərçəngi
Bu cədvəl əslində uzun, genişdir və bütün orqanlarl əhatə edir. Sadəcə sizdən diqqətli olub, xəstəliyi ən geci MATRİKS fazasında olan mərhələdə yaxalayıb, müalicə etdirməkdir ki, hüceyrə fazasına keçməsin. Çünki hüceyrə fazasına keçidlə xərçəng arasında məsafə və vaxt çox azdır.
Matriks fazasında olan depolaşma və impreqnasiya mərhələsini Bioloji Təbabət metodikası və biotənzimləyici preparatlarla 1-2 kurs müalicələrlə dayandırmaq, iltihabi prosesləri saxlamaq, hüceyrələri yeniləmək və ümumilikdə immunitetin mübarizə gücünü artırmaq mümkündür.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət