Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı şokaladlar insana daha xeyirlidir?

Hansı şokaladlar insana daha xeyirlidir?
Sakura

Hansı şokaladlar insana daha xeyirlidir?

Şokolad qan dövranı üçün faydalıdır. Qan dövranının tənzimləməsi isə ürəyin fəaliyyəti üçün mühümdür. Ancaq bütün növ şokoladlar eyni təsirə malik deyil. Bu səbəbdən sağlamlığınız üçün düzgün şokolad seçmək şərtdir.

Şokoladın ləzzətli olması kakao toxumlarının tərkibindəki flavanoidlərdən irəli gəlir. Bu isə ürəyi daha sağlam edir.
Bu maddələr orqanizmdə zərərli hüceyrələrə zərər verən sərbəst radikallarla mübarizə aparan antioksidanlardır:

Xolestrolu aşağı salır

Təzyiqi aşağı salır

Yapışqan trombositlərin qarşısını alır.

Mütəxəssislər qara şokoladın ən yaxşı seçim olduğunu bildirir. Çünki tərkibinə az müdaxilə olunduğundan flavonoid maddəsi ilə daha zəngin olur. Tərkibinin 35 faizini kakao, geri qalanını isə kakao yağı, şəkər, vanil təşkil edir.

Buna görə, tərkibində kakao çox olan şokoladı seçin.

Südlü şokoladın tərkibində ən az 10 faiz kakao və 12 faiz quru süd qatqı maddəsi olmalıdır. Qara şokolad kimi tərkibinin digər hissəsi kakao, vanil, şəkərdən ibarətdir.

Mütəxəssislər südlü şokoladla bağlı xəbərdarlıq ediblər:

Məhdud miqdarda yeyin, çünki südlü şokolad qarasından daha çox şəkər və yağla zəngindir. Tərkibində az vitamin və potasium mövcuddur.

Ağ şokolad – tərkibinin 20 faizini kakao yağı, 55 faizini isə şəkər təşkil edir. Əlavə olaraq süd, vanil qatqısı da var. Elm adamları bu növ şokoladın yeyilmə tərəfdarı deyillər. Çünki qida dəyəri çox deyil. Tərkibinin çox hissəsi isə şəkər və yağdan ibarət olduğu üçün sağlamlıq üçün zərərlidir. 

 

Mənbə: Medicina.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR