Dərc edildi: Baxış sayı: 1108
Hansı ərzaqlar yorğunluq və halsızlıq yaradır?
İnsan yemək üçün yaşamamalıdır, yaşamaq üçün yeməlidir. Bu gün hər gün səhərdən axşama kimi işləyən insanlar, xüsusən gənclər tez yorulur, əzgin olur, şikayətlənir, bunun səbəbini işin çoxluğunda görür. Halbuki yedikləri qida onları gün ərzində ağırlaşdırıb, bütün gücünü alır və heç bir enerji vermir.
Medicina.az insanı tez yoran, toxluqdan çox halsızlıq verən, gözlərin altını belə torbalaşdıran qidaların siyahısını təqdim edir.
1.Bublik, peçenye
Orta ölçüdə bir bublikdə 50 qrama yaxın rafinə edilmiş karbohidrat vardır, o tez müddətdə şəkərə çevrilir, qanda insulini artırır. Bu isə bir çox xroniki xəstəliklər, ürək problemləri, hətta onkologiyaya belə səbəb olur.
2.Kofein və qəhvə tərkibli içkilər
Kafelərdə, yolüstü barlarda, avtomatlarda, marketlərdə satılan belə içkilər natural qəhvədən çox uzaqdır. Onlarda çox miqdarda rənglər, şirin sirop və əlavələr vardır ki, bunlar enerjini söndürür. Məşhur 3-ü birində birdəfəlik paket qəhvələr isə quru süd və şəkərdən hazırlanır. Bu içkilər çox qısa müddət 10-15 dəqiqə enerji verərək, daha sonra insanı halsızlaşdırır.
3.Hazır sıyıqlar
GMO toxumdan, buğdadan hazırlanmış hazır paket sıyıqlar, xüsusən quru meyvəli olanlar früktoza, şəkər və qarğıdalı siropu ilə dadlandırılıb. Ona görə nə uşağa, nə özünüzə hazır sıyıqlar alıb hazırlamayın. Qutularda olan sıyıqlar normadan artıq karbohidrat mənbəyidir, bu da gündəlik həyatda zərərlidir.
4.Qazlı içkilər
Onlarda da çoxlu rəng, dadlandırıcı, şəkər vardır. Hətta dietik qazlı içkidə belə kimyəvi element aspartam vardır. Onu içdikcə orqanizmə 92 fərqli əks-təsir verir. Məsələn: diabet, epilepsiya, emosional pozuntu, şişlər.
5.Mağaza yoqurtu
Fermentləşmiş yoqurt əslində orqanizm üçün dərmandır. Amma ofisdə çalışan xanımlar yoqurt alıb, həm sağlam qidalandıqlarını, həm də formada qalacaqlarını düşünürsə yanılırlar. Çünki bu yoqurtlarda heç bir canlı ferment yoxdur, ölü bir qidadır. Siz onu yeməklə doymur, işlədikcə enerji itirir, getdikcə hardan enerji alacağınızı bilmirsiniz.
6.Sendviç, burqer, hot-doq
Bol çörək, un məmulatı, içində bir azca ət, o deməkdir ki, orqanizmə çox miqdarda rafinə olunmuş karbohidrat düşür. Kolbasa, file, mal əti isə sənaye cəhətdən işlənmiş və antibiotiklə bəslənmiş ətdən hazırlanır. Onda çox miqdar süni maddələr, nitrit və natrium vardır. Bu isə bədəni ağırlaşdırır, duz mayeni tutub saxlayır, toxumalarda maye yığılır, insan halsız olur.
7.Kekslər
Hətta yağsız kekslər belə enerjini alır. Bir ədəd keks bir qab qayğanağa bərabərdir. Keksi yeyən kimi qanda qəfil insulin sıçrayışı baş verir, 1 saat sonra əksinə proses, güc və enerjinin enişi başlayır.
8.Çipslər
Zərərli yağ və rafinə olunmuş karbohidratdan ibarət duzlu çipslər oturaq işdə çalışan insanlar üçün ölümə bərabərdir. O qida deyil.
Eləcə də bu siyahıya şirin içkilər, mağaza meyvə şirələri, hazır smuzilər, konservləşdirilmiş qidalar aiddir.
Yaxşı olar ki, işçi qüvvəsi kimi çalışan insanlar bu qidalardan uzaq olsunlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət