Slimfit
  1. QADINLAR ÜÇÜN

Hamilə olmaq üçün pəhriz: Yedikləriniz uşağa qalmaq şansınıza təsir edə bilərmi?

Hamilə olmaq üçün pəhriz: Yedikləriniz uşağa qalmaq şansınıza təsir edə bilərmi?
Sakura

Hamilə olmaq üçün pəhriz: Yedikləriniz uşağa qalmaq şansınıza təsir edə bilərmi?

İstridyələrdən lobyaya, əncirdən dovşan ətinədək müxtəlif qidaların müxtəlif dövrlərdə və müxtəlif mədəniyyətlərdə hamilə olmaq şansını artırdığı iddia edilib. Tarixən ərzaq bolluğu həyatla əlaqələndirilib. Lakin görəsən, yedikləriniz hamilə olmaq imkanınıza necə, təsir edə bilərmi? Elm bu barədə nə deyir?

Bəziləri istridyənin stimulyator roluna inanırlar, bir başqaları isə badımcanın.

“Lobya və soya qadınların orqanizmində daha çox yumurta yaranmasına kömək edir” – deyir bir çinli dükançı BBC-yə. Yediklərimiz və bunun nəsilartırma qabiliyyətimizə təsiri barədə folklorda, dinlərdə və təbabətdə minilliklər boyunca söz açılıb. Məhz buna görə də bu mövzu potensial valideynlər üçün böyük əhəmiyyətə malikdir.

“Qlobal nəsilartırma rəqəmlərini əldə etmək asan deyil, - deyir BBC-dən Emily Thomas, - Lakin ABŞ Xəstəliklərə Nəzarət Mərkəzindən alınmış rəsmi statistikaya görə 15-44 yaş arasında olan qadınların 12 faizi uşağa qalmaqda və hamiləliyi çəkməkdə çətinliklə üzləşir.

Elə isə bu qadınlara qidalar necə kömək edə bilər? Qidalar nəsilartırma qabiliyyətini yüksəldə bilərmi? BBC-nin “The Food Chain” (Qida zənciri) proqramı bu barədə elmin nə dediyini öyrənməyə çalışıb.

QİDA VƏ NİKAH

 Ərzaq və hamiləlik arasında əlaqəyə dair dəqiq elmi məlumat yoxdur. 

 

Tarixən ərzaq bolluğuna həyatın yaradılışı kimi baxılıb. Məsələn, İkinci Dünya Müharibəsinin qurtarması ilə Avropada uşaq gəlhagəli başlanıb. İngiltərə kimi ölkələrdə iki ilin ərzində doğuş səviyyəsi 30 faiz yüksəlib.

Müharibə sonrası uşaqların sayının artması, əlbəttə, həm də nikahların artması ilə bağlı idi. Lakin tarixdə əhalinin sürətli artım yüksəlişləri adətən ərzaq bolluğu ilə bağlı olub. Məsələn, neolit dövrünün demoqrafik keçidi 10 min il əvvəl baş verib.

“Qarğıdalı ərzaq kimi eramızdan əvvəl 300-cü illərdən mühümləşib və bununla yanaşı əhali artımı da yüksəlib - deyir Washington Dövlət Universitetindən antropoloq professor Tim Kohler, - Yeməkdə karbohidratların çoxalması qadınlarda daha yaxşı enerji balansına yol açıb. Başqa sözlərlə, onların yumurtalıqlarında daha çox yumurta yaranıb. Bu isə doğuş rəqəmlərinin artmasına səbəb olub”.

Qarğıdalı eramızdan əvvəl 300-cü ildə nəsilartırma sıçrayışı yaradıb.

 

Lakin elə ki, ərzaq bollaşdı, ortaya başqa faktorlar da gəlir. Məgər qidanın bolluğundan daha əhəmiyyətli məsələ onun növləri deyilmi?

Sonsuzluq mütəxəssisləri qidaların uşağaqalmaya töhfə verməsi barədə konsepsiyanı diqqətə alırlar, deyir Harvard İctimai Sağlamlıq və Təbabət məktəbindən professor Jorge Chavarro.

Doktor Chavarro “The Food Chain” proqramına deyib ki, əvvəl-əvvəl sonsuzluğa qarşı qidalanma konsepsiyasına inandırmaq çətin idi, lakin nümunələr artdıqca pəhriz və həyat tərzinin çox mühüm olduğunu qəbul edənlərin sayı da artmağa başlayıb.

O deyir ki, texnologiyadakı inkişafa baxmayaraq, sonsuzluq müalicəsinin uğur dərəcəsi son on ildə dəyişməz qalıb. Uğur dərəcəsinin yaxın illərdə də qalxacağı gözlənilmir.

“Əczaçılıq şirkətləri də daxil, hamının marağındadır ki, uğur dərəcəsini yüksəltmək üçün başqa yollar tapılsın, lakin hələlik qidalanma kimi idarə oluna bilən faktorlara maraq böyükdür”.

LOBYA, XAYA VƏ SİROP

Post-müharibə uşaq gəlhagəli: 1945 İngiltərə və Uelsdə 1924-cü ildən bəri ən çox uşağın doğulduğu il olmuşdu

 

İxtiyari davranış və ya qadın və kişinin öz nəsilartırma qabiliyyətini inkişaf etdirməsi uzun müddət şayiələrə mövzu olub və bu yaxınlarda tibb ekspertləri arasında ziddiyyət yaradıb.

Qədim Misirdə məhsuldarlıq Allahı Minin kişilərin ata olmaq qüdrətini artırdığına inanılırdı və ona sitayişin elementlərindən biri də kahı olub. Bu yarpaqlı tərəfvəzin nəsilartırma qüdrətinə inanılırdı.

Əncir münbitlıik müqəddəsləri – Yunan allahı Dionis və Roma ilahəsi Yunona ilə əlaqələndirilirdi. Bu siyahını uzatmaq da olar. 300 il yaşı olan resept kitabında maral xayasından tutmuş “dəli alma” badımcanadək ən müxtəlif ərzaqların adı çəkilir. İnanclara görə ərzaq bədəni “qızdırmalı” idi ki, o, yeni həyat yarada bilsin.

“Bunlardan biri də “dəniz cövhəri” adı ilə tanınırdı. Onu dəniz kənarında yetişən bitkilərdən hazırlayıdrılar və qadınlar bu siropu səhərlər acqarına içməli idilər” – 16-cı əsrə aid resept kitabını oxuyan Hertfordshire Universitetinin tarixçisi Jennifer Evans deyir.

Londondakı Wellcome Kitabxanasında saxlanan 16-cı əsrə aid nəsilartırma reseptləri kitabı.

 

Bundan başqa qədimlərdə dovşan və ya adaddovşanı uşaqlığının qızardılmış və ya üyüdülmüş formaları uşağa qalmaq məsələsində olduqca faydalı sayılırdı, çünki dövşan özünün yüksək doğarlığı ilə seçilirdi.

“Qədim kitablarda lobya kimi ərzaqların adı təkrar-təkrar çəkilir. Turp və fındığın da…” – deyir xanım Evans.

HƏYAT TƏRZİNİN DƏYİŞMƏSİ

Artıq buna hamı inanır ki, insanın çox yaşaması və sağlam olmasının əsas şərtləri qidalanma, idman və həyat tərzidir. Bəs nəsilartırma qabiliyyəti necə, bura daxildirmi?

Doktor Chavarro deyir ki, nəsilartırma qabiliyyətinə qidalanmanın nə dərəcədə təsir etdiyi barədə elmi məlumat azdır.

“Biz ağzımıza ən müxtəlif təsirlərə malik ola biləcək ən müxtəlif qidaları qoyuruq. Bəzi hallarda qidalanma faktorları ilə nəsilartırma qabiliyyəti arasında spesifik bağlılıq görmək mümkün olsa da, bunun biologiyasını anlamaqda çətinlik çəkirik”.

Alimlər Şərqi Timor kimi nəsilartırma reytinqi yüksək olan ölkələr öyrənirlər.

 

Harvard Universitetində sonsuzluğa dair aparılmış böyük araşdırmada 19 min qadın bir neçə il ərzində öyrənilib. Məlum olub ki, ovulyasiya problemləri bağlı sonduzluq hallarının üçdə ikisinə görə qidalanma və həyat tərzi kimi faktorlar məsuliyyət daşıyır”.

“Bu o deməkdir ki, ovulyasiya problemləri sonsuzluq halarının çox az hissəsinin səbəbidir. Mənim ehtimalım budur ki, başqa faktorlar çıxıldıqdan sonra sonsuzluq hallarının 50 faizi qidalanma və həyat tərzi ilə idarə oluna bilər” – Chavarro deyib.

SOYANIN QÜDRƏTİ

Heyvanlar üzərində aparılmış başqa təcrübələrdən məlum olub ki, həm kişilər, həm də qadınların müəyyən qidaları qəbul etməsi onlardan doğulan uşaqların səhhətində mühüm rol oynayır.

“Lakin siz əgər möcüzəli qida axtarırısınızsa, onu tapmayacaqsınız – Harvard eksperti deyir. - Amma möcüzəyə ən yaxın gələni yenə də soyadır”.

Gələcək valideynlərin məsləhət axtarması "hamiləlik biznesini" canladırır.

 

O deyir ki, bəzi qeyri-müntəzəm təcrübələr soya və soya əlavələrinin sonsuzluqdan müalicə olunan qadınlar arasında hamiləlik şanslarını artırdığını göstərib.

Bəs hind qozu və əncir və ya şirin kartof və qoz necə? “Bunların barəsində deyilənlərin əksəriyyəti mifdir və heç bir elmi dəlili yoxdur”.

Bəlli olanı budur ki, sağlam qidalanma həmişə faydalıdır.

“Aşağı şəkərlikli karbohidratlara üstünlük verin, taxil məhsullarında olan karbohidratların qədərini azaldın, bir də balıq və soya kimi proteinli tərəvəzlərə meyl edin. Bir də uşağa qalmazdan əvvəl normalı çəkinizi saxlayın”.

FOLIUM ÜMİDİ

Qida əlavələri də getdikcə populyar olur. Bunlardan ən məşhuru yəqin ki, B vitaminin sinteteik forması olan folium turşusudur. Bu turşu tərkibində B vitamin olan başqa ərzaqlardan daha tez həzm olunur.

Bu vitamin deyilənlərə görə onun qəbuluna uşağa qalmaqdan azı bir ay əvvəl başlanarsa, doğuş qüsurlarını önləyə bilər.

Bəzi ölkələr (Keniya, Argentina, Cənubi Afrika və ya ABŞ) əsas ərzaqlara, məsələn ağ una folium turşusunun qatılmasını normativ şəkildə icbari ediblər.

“Lakin bunun pis tərəfi də var. Biz folium turşusunun bu riski azaltmasının dəqiq mexasnizxmini bilmirik. Buna görə də ərzaq məhsullarına bu turşunun icbari qaydada əlavə olunması sağlamlaıəğa təsir edə, xüsuislə də uşaqlarda həzm olunmamış şəkildə yığılıb qalmasına səbəb ola bilər” – deyir Deakin Universitetindən qidalanma üzrə professor Mark Lawrence.

Qidalarımızın tərkibində hamilə olmaq şansını azaldan maddələr ola bilərmi? Bəzi alimlərin dediyinə görə bir neçə maddələr, əsasən də hormonlar və ya onların təsirini verən başqa maddələr belə nəticə verə bilər.

Bir qrup hamilə qadın relaksasiya terapiyasını qəbul edir.

 

Yaxşı bütün bunlar qida zəncirinə necə yol tapa bilir?

Əlbəttə heyvanlarda təbii şəkildə rast gəlinən hormonlar var, lakin onlardan bəziləri artıma kömək üçün əlavə edilir və bu hormonların ətdə və süddə müəyyən miqdarı qalır.

Əlbəttə, belə qidaları qəbul etdikdə nəyin baş verdiyinə dair debatlar hələ bitməyib.

“Bu hormonların insanlarda hamilə olmaq şanslarına mənfi təsir etməsinə dair real dəlillər yoxdur, - deyir Nottingham Universitetində hormonal araşdırmalar üzrə işləyən bioloq Richard Lea.

Buna baxmayaraq bu hormonların uşağa qalmaq qabiliyyətinə mənfi təsir göstərməsinin mümkünlüyü bəzi ölkələrdə siyasət dəyişikliyinə səbəb olub və əlbəttə, bu sahədə daha çox araşdırmaya ehtiyac var.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR