Dərc edildi: Baxış sayı: 1121
Qaçışdan sonra mədəsində narahatlıq hiss edən qadın həkimə müraciət edib
Hollandiyanın Amsterdam şəhərində 7 kilometrlik qaçışdan sonra hamiləliyindən xəbərsiz olan ingilis qadın sevgilisinin evində doğub.
Hollandiyada 31 yaşlı qadın Amsterdamda keçirilən 7 kilometrlik qaçış yarışında iştirak edib. Qaçışdan sonra mədəsində narahatlıq hiss edən qadın həkimə müraciət edib. Həkimlər bunun yalnız köp və narahat bağırsaq sindromu olduğunu söyləyib.
Qadın evə qayıtdıqdan sonra göbək bağının bir hissəsinin düşdüyünü görüb. Gələn həkimlər doğuşu evdə etmək qərarına gəliblər.
Gənc ana, İngiltərədə yaşayan ailəsi də daxil olmaqla bütün qohumlarının reaksiyasını "Hamı şoka düşmüşdü, amma məni dəstəklədilər" ifadəsi ilə izah edib.
Mənbə: tr.sputniknews.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət