Dərc edildi: Baxış sayı: 155
Hakimlər otağına hücum çəkən məşqçiyə ağır cəza
AFFA İntizam Komitəsi Gənclər Liqasında keçirilən bir oyunla bağlı qərarlarını açıqlayıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, komitə bir məşqçi və bir futbolçunu cəzalandırıb.
“Zirə” ilə görüşdə hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədən “Sumqayıt”ın baş məşqçisi Kənan Hacıyev 5 oyun cəzalandırılıb.
“Zirə”nin futbolçusu Hüseyn Ağaverdiyev isə qələbəni “Sumqayıt”ın texniki zonasının qarşısında qeyd etdiyinə görə 2-si şərti olmaqla 3 oyunluq diskvalifikasiya olunub. Sınaq müddəti 3 ay təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət