Slimfit
  1. DÜNYA

Haftar Liviyada ümumi səfərbərlik elan edib

Haftar Liviyada ümumi səfərbərlik elan edib
Sakura

Haftar Liviyada ümumi səfərbərlik elan edib

Liviya Milli Ordusunun marşalı Xəlifə Haftar ölkədə ümumi səfərbərlik və xarici müdaxiləyə qarşı müqavimət elan edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Bu gün biz cihad və ümumi səfərbərlik elan edirik. Kişilərə və qadınlara, hərbi və mülki şəxslərə silah veriləcək", - deyə Haftar liviyalılara videomüraciətində bildirib.

Tripolidə iclas edən Liviyanın Milli Razılıq hökuməti az əvvəl ölkə paytaxtına Haftarın qüvvələrinin hücumu fonunda Türkiyədən hərbi kömək istəyib. Söhbət hücumun qarşısını almaq üçün "hava, yerüstü və dəniz" hərbi dəstəyindən gedir.

Türkiyə parlamenti daha əvvəl Liviyaya ölkə hərbçilərinin göndərilməsini təsdiqləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR