Dərc edildi: Baxış sayı: 643
Hafiz Hacıyevin son vəziyyəti açıqlandı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin vəziyyəti yaxşılaşmağa doğru gedir.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Axar.az-a Hafiz Hacıyevin müavini Könül İsmayılova məlumat verib.
“Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Hafiz Hacıyev peyvənd olunmamışdı. O, bu barədə özü də demişdi ki, mən peyvənd olunmaram”, - K.İsmayılova bildirib.
Qeyd edək ki, koronavirusa yoluxmuş H.Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. O, bu gündən palataya köçürüləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət