Slimfit
  1. CƏMİYYƏT

Hacı Şahindən Qurban bayramı çağırışı

Hacı Şahindən Qurban bayramı çağırışı
Sakura

Hacı Şahindən Qurban bayramı çağırışı

Pandemiya dövründə aztəminatlı ailələrin yardıma daha çox ehtiyacı var. Qurban bayramı paylaşma bayramıdır, yardımlaşma günüdür. Bu məsələdə bütün cəmiyyət səfərbər olmalıdır. Qurban bayramının əsas mahiyyəti də bundan ibarətdir.

Ens.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli Qurban bayramı ilə bağlı tövsiyələrində deyib.

Şahin Həsənli bildirib ki, hər il olduğu kimi, bu il də 300-400 aztəminatlı ailəyə QMİ tərəfindən qurban əti paylanacaq:

“Bu il xüsusilə ehtiyacı olanlara yardım etməliyik. Bəzi hallarda qurban əti paylanarkən ehtiyac məsələsi yox, sadəcə tanışlıq əsas götürülür. Amma qurbanın qəbul olunması üçün onun ehtiyaclı insanlar arasında bölünməsini tövsiyə edirəm. İmkanı olan insanlar bunu mütləq etməlidirlər”.

O, bu il Həcc ziyarətinə gedə bilməyənlərin ziyarət üçün ayırdığı vəsaiti xeyirxah işlərə sərf etməsini məsləhət görüb:

“Pandemiyaya görə Həcc ziyarəti təxirə salındı və yalnız Səudiyyə Ərəbistanı vətəndaşları Həcc ziyarətini yerinə yetirdilər. Bu il ikinci və ya üçüncü dəfə Həcc ziyarətinə getmək istəyən insanlar həmin vəsaiti xeyriyyə işlərinə sərf etsələr, yaxşı olar. Bu da elə Həccin savabını əldə etmək üçün bir vəsilə ola bilər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR