Slimfit
  1. AZƏRBAYCAN

Güzəştli qaydada gömrük sərhədindən bu mallar keçirilə bilər

Güzəştli qaydada gömrük sərhədindən bu mallar keçirilə bilər
Sakura

Güzəştli qaydada gömrük sərhədindən bu mallar keçirilə bilər

SalamNews xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda çıxış edən DGK-nin Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov bildirib ki, bir sıra mallar var ki, güzəştli qaydada gömrük sərhədindən keçirmək olar:

- Hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar

 - mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair
məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici
səyahətçinin şəxsi istifadəsi üçün 1500 ABŞ dollar həddindən artıq müvəqqəti
keçirilən mallar;

 - 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 1,5
litr  içki və 200 ədəd siqaret; 20 qram qızıl, ondan hazırlanmış
zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş 0,5 karat almaz

 - 30 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);

 - 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq
kürüsü;

 - Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

 - gömrük ərazisindən aparılan mallar

 - beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin
adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları
ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar

 - beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük
ərazisindən göndərilən mallar

 - şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

 - vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar;

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR