Slimfit
  1. İQTİSADİYYAT

"Güzəştli mənzillər": 5 suala 5 cavab

"Güzəştli mənzillər": 5 suala 5 cavab
Sakura

"Güzəştli mənzillər": 5 suala 5 cavab

Bir ildir ki, əhaliyə güzəştli mənzil təklif edən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) il ərzində 430 mənzil satıb, daha 154 mənzilin seçimi isə başa çatıb.

Yasamal Yaşayış Kompleksində qalan 1070 mənzil bu ilin sonunadək yeni qaydalara uyğun olaraq satışa çıxarılacaq.

MİDA-nın ikinci layihəsi Hövsan Yaşayış kompleksi 2962 mənzildən ibarətdir.

Agentliyin Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində tikilən yeni yaşayış kompleksində 1458 evin tikintisi davam edir.

Sumqayıtda tikiləcək 144 güzəştli mənzillə bağlı tender elan olunub.

Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında Yasamal Yaşayış Kompleksindətikilən və "güzəştli evlər" kimi tanınan mənzillərin satışına ilk dəfə 2018-ci ilin mayın 7-də başlanıb.

Həmin vaxt Bakının Yasamal rayonunda yerləşən yaşayış kompleksində 4 binada 260 mənzil satışa çıxarılmışdı.

Agentlik bildirir ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Güzəştli mənzilləri kim ala bilər?

Agentliyin açıqlamasına görə, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşların mənzil almaq hüququ var.

Elektron kabineti olanlar isə mənzillər satışa çıxarılandan sonra kim mənzil almaq üçün sayta daxil olub istədiyi mənzil üçün birinci olaraq düyməni bassa, həmin mənzil onundur.

Güzəştli mənzil almaq üçün hansı kriteriyalar var?

Güzəştli mənzil almaq üçün iki kateqoriyada kriteriyalar müəyyənləşib:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası:

  • Şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər;
  • ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
  • ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər;
  • idman sahəsində xüsusi xidmətləri olan şəxslər.

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər kateqoriyası:

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
  • ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;
  • ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər;
  • ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər aiddir.

Agentliyin satışa çıxardığı mənzillərin qiyməti 1 otaqlı - 30 min manatdan, 2 otaqlı - 47 min manatdan, 3 otaqlı - 65 min altı yüz manatdan başlayır.

Hazırda istidafəyə verilən kompleksdə mənzillər neçəyədir?

Agentliyin satışa çıxardığı mənzillərin qiyməti 1 otaqlı - 30 min manatdan, 2 otaqlı - 47 min manatdan, 3 otaqlı - 65 min altı yüz manatdan başlayır.

Mənzilləri öz vəsaiti hesabına, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına və digər kredit təşkilatlarından maliyyə cəlb etməklə əldə etmək olar.

Mənzil ipoteka krediti ilə alındığı zaman, 10 faiz minimal ödəniş tələb olunur. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.

Mənzil 30 il müddətinə alındıqda 1 otaqlı mənzil üçün aylıq 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzil üçün isə 282-288 manat ödənilir, Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatında deyilir.

Mənzil almaq istəyən şəxs minimal ilkin ödənişdən artlq ödəniş edərsə, buna görə endirim əldə edir.

Mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən şəxsə isə əlavə 10 faiz endirim edilir.

Güzəştli mənzilin güzəştli ipoteka krediti ilə fərqi nədir?

Agentlik deyir ki, bu mənzillər ipoteka krediti ilə alına bilən digər mənzillərdən daha ucuz qiymətə satılır.

Bundan əlavə, bu mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunur və digər mənzillərdən fərqli olaraq bütün sənədləri var, Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyir.

Güzəştli mənzillər bazar qiymətlərindən ucuzdurmu?

"Bu mənzillərin satışa çıxarılması özü səhvdir", - "Güzaran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli BBC Azərbaycancaya müsahibəsində deyib.

Ekspert hesab edir ki, bu layihənin şərtləri sosial ev anlayışının fəlsəfəsinə tam ziddir. O qeyd edir ki, bu evlər dünya praktikasında olduğu kimi, aztəminatlı ailələrə simvolik məbləğlə kirayə verilməli idi.

Cənab İbrahimli güzəştli mənzillərin qiymətlərinin orta bazar qiyməti ilə eyni olduğunu və burda heç bir güzəştdən söhbət getmədiyini deyir:

"Agentliyin açıqladığı rəqəmlərdən görürük ki, güzəştli mənzillərin 1 kvadrat metri təxminən 950 manata təklif olunur. Mənzil bazarında isə hazırda 1 kvadrat metri 600-650 manata da evlər almaq olar", Qadir İbrahimli deyir.

Mənzil İnşaatı Dövlət Agentliyi deyir ki, bu mənzillər əslində hamının dediyi kimi sosial evlər deyil.

"Bu, güzəştli və uyğun qiymətə olan evlərdir və bəzilərinin dediyi kimi pulsuz verilməməlidir", -Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova BBC Azərbaycancaya deyib.

Mənzil İnşaatı Dövlət Agentliyi iddia edir ki, bu mənzillərin qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən 20-25 faiz aşağıdır.

Fond Agentliyin satışa çıxardığı Yasamal Yaşayış Kompleksinin yerləşdiyi ərazi üçün orta bazar qiymətini 1 kv.m üçün 1494 manat dəyərində qiymətləndirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR