Dərc edildi: Baxış sayı: 390
Gürcüstanın xarici turizmdən gəliri 70% azalıb
Mart ayında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir, təxminən, 70% azalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
İlkin hesablamalara əsasən, ötən ay illik müqayisədə ixracın həcmində 22%, idxalın həcmində isə 13% azalma qeydə alınıb.
Hesabat ayında pul köçürmələrində 9% azalma olub.
Qeyd olunub ki, beynəlxalq bazarlarda neftin qiymətinin kəskin azalması Gürcüstanda yanacağın tədricən ucuzlaşmasına təsir göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət