Slimfit
  1. DÜNYA

Gürcüstanın Baş naziri Qərb ölkələrini qınadı: Bu, sadəcə olaraq, həyasızlıqdır

Gürcüstanın Baş naziri Qərb ölkələrini qınadı: Bu, sadəcə olaraq, həyasızlıqdır
Sakura

Gürcüstanın Baş naziri Qərb ölkələrini qınadı: Bu, sadəcə olaraq, həyasızlıqdır

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı hazırladığı sənədi dəyərləndirdim və o, bizim üçün hüquqi əhəmiyyət kəsb etmir”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, sənəd tövsiyə xarakteri daşıyır və Venesiya Komissiyasının rəyi ilə eyni dəyərə malikdir.

“ATƏT/DTİHB-in sənədi Venesiya Komissiyasının sənədi ilə eyni qüvvəyə malikdir. Bu, tövsiyə sənədidir və biz yalnız hüquqi arqumentlərə əsaslanan şərhlərə münasibət bildirməyə borcluyuq. Bu halda ATƏT/DTİHB sənədi heç bir hüquqi arqumentə əsaslanmır, Venesiya Komissiyasının şəffaflığın pis olduğu qənaətini praktiki olaraq təkrarlayır. Bu məqamda hamımız bilirik ki, şəffaflıq ən mühüm Avropa dəyərlərindən biridir və şəffaflıq pis ola bilməz. Şəffaflığın pis olduğunu deyən sənədin bizim üçün hüquqi dəyəri ola bilməz. Buna uyğun olaraq, biz Avropa İttifaqının əvvəldən qurulduğu prinsiplərə uyğun hərəkət edəcəyik”.

O, bildirib ki, qanunun qəbulu ilə bağlı Gürcüstan səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılması cavab tələb edirdi:

“Bu, sadəcə olaraq, həyasızlıqdır və başqa bir şey deyil. Estoniyada verilən bəyanata gəlincə, bu da çox ağır təəssürat yaradır. Birincisi, baş nazirin xarici işlər nazirinin nə işlə məşğul olduğunu bilməməsi, bu, tamamilə anlaşılmazdır. İkincisi, baş nazirin Gürcüstanda gedən prosesləri dost ölkəmizi bəlaya düçar edən Ukrayna “Maydanı” ilə müqayisə etməsi və bu mövzuda başqa bir qiymətləndirmə aparması mənim üçün tamamilə anlaşılmazdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR