Dərc edildi: Baxış sayı: 394
Gürcüstanda mədənçilər tətil elan etdi
Gürcüstanın Tkibuli şəhərində “Dzidziquri” adına mədənin işçiləri tətil elan edib.
“Report”un yerli bürosu xəbər verir ki, 200-ə yaxın mədənçi işə çıxmayıb.
Mədənçilərin əsas tələbləri iş şəraitinin yaxşılaşdırılması və əməkaqlarının vaxtında ödənilməsidir.
Onlar tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət