Dərc edildi: Baxış sayı: 751
Gürcüstanda koronavirusun ikinci dalğası başladı
Gürcüstanın baş naziri Giorgi Qaxaria elan edib ki, ölkədə koronavirus infeksiyasının ikinci dalğası başlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin “Facebook”dakı səhifəsində deyilir.
Qeyd edilir ki, hökumət ikinci dalğanı gözləyib və o artıq başlayıb.
"Əsas odur ki, təlaş üçün səbəb olmasın, çünki biz vəziyyətə tamamilə nəzarət edirik", - Qaxaria bildirib.
Son məlumatlara görə, sentyabrın 10-da Gürcüstanda virusa rekord sayda yoluxma qeydə alınıb. Belə ki, son bir gün ərzində 57 nəfərdə COVID-19 aşkarlanıb. Bir gün əvvəl 44 yoluxma qeydə alınıb. Siyasətçi qeyd edib ki, belə məlumatlar ölkədə epidemioloji vəziyyətin dəyişikliyini göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət