Slimfit
  1. DÜNYA

Gürcüstanda koronanın yeni növü tapıldı

Gürcüstanda koronanın yeni növü tapıldı
Sakura

Gürcüstanda koronanın yeni növü tapıldı

Gürcüstanda koronavirusun yeni EG.5 ştamı aşkar olunub.

Ens.az Sfera.az-a istinadən xəbər verir ki,  bu barədə yerli mətbuat məlumat yayıb.

 Bildirilir ki, öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ümumi zəiflik ilə xarakterizə olunan EG.5 koronavirusun omikron növünə bənzəyir. Bu virus risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir.

 Mütəxəssislər əhaliyə xəbərdarlıq edir və bildirirlər ki, simptomlar aşkar olunduqda ictimai yerlərdən uzaq durmalı, özünütəcrid rejiminə əməl olunmalıdır.

 Qeyd edək ki, EG.5 virusu artıq dünyanın 50 ölkəsində qeydə alınıb. Son 28 gün ərzində koronavirusun yeni ştamına dünyada 7 milyondan çox yoluxma qeydə alınıb və artıq üç min nəfər dünyasını dəyişib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR