Gürcüstan Rusiyadan çox asılıdır - Hesabat
Gürcüstan iqtisadiyyatı çox şeyə görə Rusiyadan asılıdır.
Axar.az xəbər verir ki, bu məlumat Gürcüstanın Beynəlxalq Şəffaflıq qeyri-hökumət təşkilatının hesabatında yer alıb. Hesabatda Gürcüstanın Rusiyadan daha çox turist, xarici ticarət və pul köçürmələrindən asılı olduğu bildirilib.
“Bu, Gürcüstanın iqtisadi təhlükəsizliyi üçün ciddi çağırışdır. Koronavirusun yaratdığı situasiya Gürcüstana iqtisadiyyatını yenidən formalaşdırmağa və Rusiyadan daha az asılı olmağa imkan yaradır. Gürcüstana 2019-cu ildə Rusiyadan gələn turistlər və pul köçürmələri hesabına 1,6 milyard dollar daxil olub. Bu, Gürcüstanın ümumdaxili məhsulunun 9%-ni təşkil edir”, - hesabatda qeyd olunub.
Təşkilat, həmçinin Rusiyadan buğda idxalının hansısa səbəb ucbatından dayanmasının Gürcüstanda buğda defisitinə gətirib çıxaracağını və çörəyin qiymətini bahalaşdıracağını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət