Slimfit
  1. DÜNYA

Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib

Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib
Sakura

Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib.

Report”un Gürcüstan bürosu xəbər verir ki, dövlət başçısı keçirdiyi brifinqdə Rusiyanı eskalasiyaya yol verməməyə çağırıb. 

S.Zurabişvili bildirib ki, Gürcüstanın sülh siyasəti ölkədə və bölgədə sabitliyin qorunub saxlanılması üçün yeganə vasitədir.

Prezident Rusiyada yaşayan gürcülərə də müraciət edib: “Mən sizin prezidentinizəm və sizin əmin-amanlığınız bizim üçün vacibdir. Hökumət sizinlə bağlı vəziyyətin gərginləşməməsi üçün mümkün edən hər şeyi edir”.

S.Zurabişvili Gürcüstanda olan rusiyalı turistlərə də müraciət edərək ölkənin tarixən dözümlülük simvolu olduğunu qeyd edib: “Biz bu ənənənin pozulmasına imkan verməyəcəyik. Gürcüstanda əcnəbi vətəndaş və ya qonaq üçün təhlükə yaradan heç bir insident olmayıb”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR