Dərc edildi: Baxış sayı: 681
Gürcüstan prezidenti baş nazirin istefasına münasibət bildirib
Polşada rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Mamuka Baxtadzenin istefasına münasibət bildirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, dövlət başçısı istefanın qiymətləndirilmədiyini deyib.
S.Zurabişvili baş nazirin istefası ilə bağlı qərarın onun öz qərarı olduğunu vurğulayıb. O əlavə edib ki, prezidentlər daxili siyasi proseslər barədə xaricdə bəyanat vermir.
Yeni baş nazirin təyin olunmasına gəlincə, prezident bildirib ki, M.Baxtadzeni kimin əvəzləyəcəyini bilmək üçün gözləmək lazımdır: “Mən də gözləyirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət