Gürcüstan MSK-nın rəhbəri: "Prezident seçkilərinin ikinci turu səsvermənin nəticələri elan edildikdən…
Gürcüstanda prezident seçkilərinin ikinci turu oktyabrın 28-də vaş tutmuş səsvermənin yekun nəticələri elan edildikdən iki həftə sonra keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tamar Jvaniya məlumat verib.
Onun sözlərinə görə, qanuna əsasən, yekun nəticələrin açıqlanması üçün maksimum müddət seçki tarixindən 20 gün sonradır.
Qanuna əsasən, seçkilərdə səslərin 50%-dən çoxunu toplayan namizəd qalib hesab olunur. Namizədlərdən heç biri belə nəticə əldə edə bilmirsə, ən yaxşı nəticəyə sahib iki namizəd arasında ikinci tur keçirilir.
MSK-nın ilkin məlumatlarına əsasən, Salome Zurabişvili səslərin 38,66%-ni, Qriqol Vaşadze isə 37,7%-ni toplayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət