Slimfit
  1. DÜNYA

Gürcüstan Kiyevdəki səfirini geri çağıra bilər - Saakaşviliyə vəzifə verilsə

Gürcüstan Kiyevdəki səfirini geri çağıra bilər - Saakaşviliyə vəzifə verilsə
Sakura

Gürcüstan Kiyevdəki səfirini geri çağıra bilər - Saakaşviliyə vəzifə verilsə

Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasından deputat Rati İonatamişvili Mixail Saakaşvilinin Ukrayna hakimiyyətində vəzifə tutacağı halda, bu ölkə ilə münasibətlərə yenidən baxılmasını istisna etməyib.

Bu barədə Strana.ua məlumat yayıb.

O, Saakaşvilinin Gürcüstanın məhkəmə sistemi tərəfindən ittiham edilmiş və bu gün də axtarışda olan şəxs olduğunu xatırladıb.

İonatamişvili hesab edir ki, M.Saakaşvilinin vəzifəyə təyin olunması ölkələr arasındakı münasibətləri çox mürəkkəbləşdirəcək.

Parlamentari Gürcüstanın Kiyevdəki səfirini geri çağıra biləcəyini də istisna etməyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş lideri Mixail Saakaşviliyə hökumətdə islahatlara nəzarət edəcək vəzifə təklif edib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR