Slimfit
  1. DÜNYA

Gürcüstan daha 30 vətəndaşını İrandan təxliyə etdi

Gürcüstan daha 30 vətəndaşını İrandan təxliyə etdi
Sakura

Gürcüstan daha 30 vətəndaşını İrandan təxliyə etdi

Gürcüstanın 30 vətəndaşı Azərbaycan vasitəsilə İran ərazisindən təxliyə olunub.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili bildirib.

O deyib ki, təxliyə olunacaq Gürcüstan vətəndaşlarının ilkin sayı 35 olsa da, onlardan 5-i İranda qalmağa qərar verib: "İranda qalan digər Gürcüstan vətəndaşları da var: “Onların bəziləri İranda qalmaq, bəziləri isə Gürcüstana qayıtmaq istəyirlər. Biz bu istiqamətdə iş aparırıq”.

A.Xvtisiaşvili Gürcüstanın bütün ölkələrdəki səfirliklərinin fövqəladə rejimdə fəaliyyət göstərdiyini vurğulayıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973 çatıb. Bunların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR