Slimfit
  1. DÜNYA

Gürcüstan aviauçuşların bərpasına hazırlaşır

Gürcüstan aviauçuşların bərpasına hazırlaşır
Sakura

Gürcüstan aviauçuşların bərpasına hazırlaşır

Gürcüstan hökuməti beynəlxalq aviauçuşların bərpası ilə bağlı danışıqları davam etdirir

Gürcüstan hökumətinin beynəlxalq aviauçuşların bərpası ilə bağlı danışıqları müsbət nəticələr verir. Artıq 20-dən çox aviaşirkət Gürcüstana uçuşları bərpa etməyə hazır olduqlarını bəyan edib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki,bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

Nazirin sözlərinə görə, həmin aviaşirkətlər Gürcüstana mütəmadi reyslər yerinə yetirən şirkətlərdir.

O deyib ki, bu istiqamətdə danışıqlar davam edir və yaxın günlərdə daha bir neçə aviaşirkətin Gürcüstana uçuşları bərpa etmək istəyi barədə məlumat veriləcək.

Qeyd edək ki, aviaşirkətlər arasında “Wizzair”, “Ryanair”, “Türk Hava Yolları”, “İsrail Hava Yolları” və “Qatar Airways” şirkətləri də var. Məlumat üçün bildirək ki, Gürcüstan hökuməti iyunun 15-dən daxili turizmi, iyulun 1-dən isə beynəlxalq turizm marşrutlarını açmaq niyyətindədir.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR