Slimfit
  1. İDMAN

Gürcü qadın atlet özünün sayca 9-cu Olimpiadasında iştirak edəcək

Gürcü qadın atlet özünün sayca 9-cu Olimpiadasında iştirak edəcək
Sakura

Gürcü qadın atlet özünün sayca 9-cu Olimpiadasında iştirak edəcək

Gürcü qadın atlet Nino Salukvadze öz karyerasında sayca 9-cu Olimpiadada iştirak edəcəyi ilə rekorda imza atıb və adını Olimpiya hərəkatı tarixinə yazdırıb. Bu məlumat Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) rəsmi saytında yer alıb.

Güllə atıcılığı üzrə dəfələrlə dünya çempionu olmuş idmançı Pekində keçirilən Dünya Kuboku mərhələsində 10 metr məsafədən pnevmatik tapançadan atəşaçmada beşinci yeri tutaraq Olimpiya lisenziyasını qazanıb.

AZƏRTAC xəbər verir ki, 50 yaşlı idmançı bundan əvvəl - 1988-ci ildən başlayaraq ard-arda səkkiz Olimpiadada iştirak edib. O, 1988-ci ildə keçirilən Seul Olimpiadasında SSRİ yığmasının tərkibində 25 metr məsafədən tapançadan atəşaçmada qızıl, 10 metr məsafədən pnevmatik tapançadan atəşaçmada isə gümüş medallar qazanıb. 2008-ci il Pekin Olimpiadasında Salukvadze 10 metr məsafədən pnevmatik tapançadan atəşaçmada üçüncü olub.

Gürcü idmançı qadınlar arasında doqquz Olimpiadada iştirak edəcək ilk atletdir. Oyunlarda səkkiz dəfə iştirak edənlər arasında alman baydarkaçısı Yozef İdem və akademik avarçəkmə üzrə kanadalı idmançı Lesli Tompson var.

Yay Olimpiadalarının sayına görə lider isə atçılıq idmanı üzrə yarışçı – 71 yaşlı kanadalı İan Millardır. O, on turnirdə iştirak edib.

Qış Oyunlarında isə hamıdan çox – səkkiz dəfə xizək üzərində tramplindən tullanma üzrə Yaponiya təmsilçisi Noriaki Kasay iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR