Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gündən qoruyan kremləri bu təbii vasitələrlə əvəz edin

Gündən qoruyan kremləri bu təbii vasitələrlə əvəz edin
Sakura

Gündən qoruyan kremləri bu təbii vasitələrlə əvəz edin

İllərdir ki, günəş şüalarının dəri xərçənginin səbəbkarı kimi təqdim edilir. Sonradan bu xəbərdarlığa aydınlıq gətirilərək bildirildi ki, əslində zərərli olan günəş şüaları deyil, günəş şüaları nəticəsində yararanan yanıqlardır.

Həqiqətən günəleyhinə vasitələr dəridə qırışların və xərçəngin profilaktikası ola bilər lakin, unutmamalıyıq ki, SPF (Sun Protection Factor) tərkibli bu kremlər dərinin günəş şüalarını udaraq vitamin D sintez etməsinə mane olur. Sağlam sümüklər, ürək və immun sistemi üçün vacib olan vitamin D-nin ən əsas mənbəyi məhz günəş şüalarıdır. Hətta ən çox qorxduğumuz ultrabənövşəyi şüalar vitamin D-nin yaranmasında rolu olan dəri hüceyrələrinin stimullaşdırmaq üçün çox vacibdir. Məlumat üçün qeyd edək ki, SPF 8 olan günəleyhinə kremlər günəş şüalarında vitaminin udulmasını 95% azaldır. Daha yüksək olanlar isə ümumiyyətlə günəş şüalarından olan faydanı sıfıra endirir.

America Tibb Asossiasiyasının ( American Medical Association) 2009-cu ildə verdiyi hesabata görə bəzi individual xassələri çıxmaq şərti ilə insana həftədə 2 dəfə, saat 10-15 arası, 5 dəqiqəlik günlənmək minimal vitamin D dozasını almağa kifayətdir.  Bəzi mənbələr isə gündəlik 10-15 dəqiqə günlənməyi tövsiyyə edirlər.  Günəş şüalarının xüsusən uşaqlara faydası var, çünki, böyüyən bədənin kalsiuma olan ehtiyacları vitamin D olmadan ödənilə bilməz. Düzdür vitamin D-ni təkcə günəş şüalarından deyil həmçinin balıq yağını, yumurta sarısını, pendir, dana əti, portağal şirəsini rasiona daxil etməklə əldə etmək olar amma yenə də ən güclü mənbə məhz günəş şüalarıdır.

İstər böyüklər istərsə də, uşaqlar üçün istehsal edilən günəleyhinə vasitələrin müxtəlif zərərli kimyəvi maddələrlə zəngin olması, digər tərəfdən isə uşaqların günəşdən etibarlı mühafizəyə ehtiyacları valideyləri ciddi dilemma qarşısında qoyur. Şükürlər olsun ki, insanları tarixən günəş yanıqlarından qoruyaraq, faydasında yararlanmağa imkan verən təbii alternativlər mövcuddur. Məsələn avokado yağı (SPF 4-10), zeytun yağı (SPF 2-8), kokos yağı (SPF 4-10), yerkökü toxumunun yağı (SPF 35-50), küncüt yağı (SPF 4-10), çaytıkanı yağı (SPF 2-8) əsrlər boyu insanları faydalandırmışdır.

Yay aylarında ən çox bayırda vaxt keçirməyi sevən uşaqlar daha çox dəri yanıqlarına məruz qalırlar. Günlənmə vasitələri üzrə ixtisaslaşmış  sunwarrior.com şirkətinin mütəxəssisi Charlie Pulsipher günəş şüaları nəticəsində yaranan dəri yanıqlarına qarşı bir sıra məsləhətləri ilə bölüşür.

- Aloe Vera bitkisinindən çıxan gel yanıqları sakitləşdirir, soyudur, qoruyur və sağalmanı tezləşdirir. Bitkidən təzəcə dərilmiş gel ən səmərəlidir.

- Vitamin E bir başa dəriyə sürtülərək sağalmaya səbəb olur. Həmçinin daxilə qəbul edilmiş güclü anti-oksidant olan  E və  C vitaminləri ultrabənövşəyi süaların dağıdıcı təsirindən qoruyur.

- Alma sirkəsi soyutma təsiri verir, mineral və vitaminlərlə zəngin olduğu üçün sağalmaya müsbət təsir göstərir.  Sirkə istifadə edilməmişdən öncə bərabər miqdarda su ilə məhlul halına salınmalıdır.

- Sərin duş sakitləşdirici təsir göstərir.

- Qida sodası sərin su ilə qarışdırılıb yanıqların üzərinə çəkilə bilər.

- Bal anti-bakterial və iltihab əleyhinə olan xassələrinə görə yanıqlarda da çox faydalıdır.

- Pomidor dilimi, pastası və ya püresi güclü anti-oksidantdır və sakitləşdirici, soyuducu təsir göstərir. Günlənməkdən öncə pomidor yemək və ya şirəsini içmək məsləhət görülür.

- Yulafın su ilə qarışdırılaraq sıyıq halında yanıqlara sürtülməsi çox güclü təsirə malikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR