Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gündə 10 ədəd kişmiş yesəniz…

Gündə 10 ədəd kişmiş yesəniz…
Sakura

Gündə 10 ədəd kişmiş yesəniz…

Təkcə təzə deyil, quru meyvələrin yeyilməsinin də insan sağlamlığına müsbət təsiri danılmazdır.Medpress.az-ın xəbərinə görə, elmi araşdırmalar nəticəsində məlum olub ki, tərkibi A vitamini ilə zəngin qaysı stress və qan azlığını aradan qaldırır, dəridəki problemlərə yaxşı təsir göstərir. Gündə 5 ədəd qaysı yemək ürək damarları və sinir sistemi üçün faydalıdır.

Kişmiş enerji mənbəyi olub, bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi də istifadə olunur.

Alma qurusu da sağlamlıq üçün çox xeyirlidir. Hər gün bir ovuc alma qurusu yorğunluğu aradan qaldırır.

Xurma antioksidant təsirə malikdir. Orqanizmi gücləndirir, xərçəngdən müdafiə edir, dərinin gözəlləşməsi üçün də xurma yemək çox faydalıdır. Tərkibində olan B1 və B2 vitaminləri sinir sistemini qoruyur.

Quru tut qan artıran vasitədir. Hərarəti aşağı salmaq üçün də təsirli vasitədir. Vitaminlə zəngin quru tut stressi aradan qaldırır və tox saxlayır.

Əncir qurusu tərkibində yağ və xolesterin olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir, boğaz ağrıları üçün də xeyirlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR