Güləşçimiz Aslanbek Alborov dünya çempionatının dörddəbir finalına yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub.
Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev (70 kq) böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarı ilə başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub.
Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov (97 kq) mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib güləşçimiz dörddəbir finala yüksəlib.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Tatyana Omelçenko (59 kq) ilk mərhələdə rusiyalı rəqibi ilə bacarmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət