Slimfit
  1. CƏMİYYƏT

Güclü küləyə görə iki kənd işıqsız qalıb

Güclü küləyə görə iki kənd işıqsız qalıb
Sakura

Güclü küləyə görə iki kənd işıqsız qalıb

 

Ötən gün axşam saatlarında müşahidə edilən güclü külək bölgələrdə bir sıra fəsadlara yol açıb. Cəlilabad rayonunda yağışlı hava şəraiti səbəbindən enerji təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Mənsur Məmmədov rayonda evlərə ziyan dəymədiyini bildirib:

“Güclü külək və yağışla müşahidə edilən hava şəraiti nəticəsində rayonun iki kəndinə - Qasımbəyli və Qarakazımlı kəndlərinə gedən elektrik xətlərində açılmalar olub. Elektrik xətlərində qırılmalar yaşayış evlərinə heç bir ziyan vurmayıb”.

Hazırda həmin ərazilərə elektrik enerjisinin verilməsi ilə əlaqədar təmir-bərpa işləri davam etdirilir. Yaxın saatlarda iki kənddə elektrik enerjisinin verilişi bərpa ediləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR