Slimfit
  1. CƏMİYYƏT

GTM-in Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb

GTM-in Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb
Sakura

GTM-in Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb

UNICEF, Avropa İttifaqı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən Ağcabədi rayonunda fəaliyyət göstərən GTM Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb. SİA-nın məlumatına görə, UNİCEF-in məlumatında qeyd edilir ki, mərkəzin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə müraciətlər elektron qaydada və mobil zənglər vasitəsilə qeydə alınaraq mərkəzin sosial işçilərinə yönləndirilir.

Mərkəzə daxil olan müraciətlər arasında əsasən sosial müavinətlər, əlilliyin rəsmiləşdiriməsi, aliment tələbinin yerinə yetirilməməsi, əlil arabaları və digər avadanlıqlara olan ehtiyacın təmin edilməsi, sağlamlıq imkanları məhdud (SİM) uşaqların reabilitasiya proqramlarına cəlb olunması kimi müraciətlər üstünlük təşkil edir.
Bütün müraciətlər sosial işçilər tərəfindən “Elektron keys menecment” sisteminə daxil edildikdən sonra, uşaqların valideyinləri psixoloq, pedaqoq və uşaq inkişafı mütəxəsisləri tərəfindən elektron qaydada müxtəlif reabilitasiya proqramlarına cəlb edilir və onları maraqlandıran suallar cavablandırılır.

Yalnız xüsusi risk qrupuna aid ailələrin müraciətləri daxil olduqda sosial işçilər tərəfindən ailələrə səfər edilərək səyyar xidmətlər təqdim edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR