Gözü görməyən proqramçı necə işlədiyini deyir
Bu şəkildə finlandiyalı proqramçı Tuka Oyala göstərilib. O Tamperdə Vincit şirkətində işləyir. “Ona baxanda fikirləşəcəksiniz ki, burada nəsə çatışmır”, - o şirkətin saytında yazır. Stolda monitor və maus yoxdur, çünki Oyala ondan istifadə etmir. Monitor ona lazım deyil, çünki Oyalanın gözləri görmür. Mausdan proqramçı istifadə etmir, çünki onun üçün klaviaturada işləmək daha rahatdır.
Öz işində Tuka Oyala hər kəsin adət etdiyi səsli köməkçidən deyil, ekrandan mətn oxuyan proqramdan istifadə edir.Robot proqramçıya mətni dəqiqədə 450 söz sürətlə oxuyur, bu da insan nitqindən iki dəfə sürətlidir.
Bununla belə Oyala hətta fin dialekti ilə ingilis dilini oxuyan robotdan istifadə edir. Vincit saytda mətnin necə tələffüz olunduğunu qulaq asa bilir – heç nəyi ayırmaq mümkün deyil. Belə ki mətn sətir-sətir oxunduğun üçün Tuka Oyala üçün internetdəki səhifələr elə görünür ki, sanki onları bloknota köçürüblər və oradan oxuyurlar.
Proqramçı deyir ki, o həmçinin brayl displeyindən istifadə edir. Onun sözlərinə görə onunla kodu oxumaq sürətlidir. Həm də o istənilən halda hər sətirlə tanış olmaq məcburiyyətindədir. Oyala qeyd edir ki, buna baxmayaraq onun üçün bütün proqramçılarda olduğu kimi boşluqlar vacibdir, onlarla oxumaq asandır. Boşluqlar barədə ona səs proqramı xəbər verir.
Python dilində boşluqla və boşluqsuz proqram nümunəsi. Belə proqram icra olunmayacaq, çünki Phyton-da boşluq mütləqdir.
Həmçinin Oyala deyir ki, koddakı dəyişikliklər bəzi proqramlardakı kimi rənglərlər deyil, Github-dakı imi müsbət və mənfi ilə göstərilir. “Müsbət və mənfini hər hansı qırmızı rəng çalarlını oxumaqdan sürətlidir”, - proqramçı yazır.
Tuka Oyalanın sözlərinə görə o həm backend, həm də frontendlə işləməli olur. O deyir ki, bir dəfə o iki həftə Angular proqramındakı dəyişikliklər üzərində işlədi və istifadəçilərin gördüyü vizual hissədə heç nəyi dəyişməli olmadı.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət