Slimfit
  1. MEDİA

Biz heç bir planetə uçmayacağıq

Biz heç bir planetə uçmayacağıq
Sakura

Stiv Voznyakın Moskvadakı mühazirəsindən

Moskvada Apple şirkətinin əfsanəvi həmtəsisçisinin mühazirəsi baş tutub. Amerikalı ixtiraçı texnologiyaların onu necə heyran etdiyi, kompüterlərin sevə biləcəyi və blokçeyn texnologiyasının bürokratiyada batması barədə danışıb.

Apple Computer (indi Apple Inc.) şirkətinin həmtəsisçisi Stiv Voznyak Moskvaya elm festivalında iştirak etmək və Rusiya ali təhsil müəssisələrinin tələbələri üçün açıq mühazirə demək üçün gedib. Amerikalı ixtiraçı ilə görüş Moskva Dövlət Universitetində açıq dialoq formatında keçdi. Orada məşhur proqramçı yeni texnologiyalar və özünün həyat yolu barədə danışdı. Ümumilikdə Stiv Voznyakın çıxışı bir saata yaxın davam etdi. Bu vaxt ərzində onun cavanlara dediklərini sizə qısaca çatdırırıq:

- Kompüterlər nə vaxtsa sevə biləcəkmi?

- Biz kompüter və ya telefonun insanı sevməsi barədə danışa bilərikmi? Nəzəri cəhətdən bunu mümkün hesab etmək olar. Lakin “kompüter sevgisi” barədə danışmaq üçün insan beyninin necə işlədiyini yaxşı anlamaq, hissiyyatla emosiyaların əlaqəsini aşkar etmək, onun strukturunda nələrin baş verdiyini bilmək lazımdır. Kədər və sevinc bunlar bizi birləşdirən şeylərdir. Ancaq onların necə fəaliyyət göstərdiyini anlayandan sonra bu bacarıqları maşınlara ötürmək mümkündür.

- Blokçeyn texnologiyası insanların həyatına dəyişiklik gətirəcəkmi və o bürokratik sistemdə əriməyəcəkmi?

- Mən blokçeyn texnologiyasının hazırlanması və inkişafında iştirak etmişəm, onun tematik strukturunun müəyyənləşdirilməsinə yardım etmişəm.

Blokçeyndə işləyən kriptovalyutanı – bitkoynu götürsək, onda o siyasət deyil, riyaziyyata əsaslanıb. Şübhəsiz ki, bu çox vacibdir, çünki mən daim pul çap edən ölkədə yaşayıram.

Bundan başqa blokçeyn vahid idarəetmə mərkəzinə malik deyil. Bu çox yaxşıdır, çünki məhz mərkəzləşmə bürokratiyanın əsas atributu hesab olunur. Blokçeynin əsas özəlliyi ondan ibarətdir ki, o horizontal əlaqələrin inkişafına aparır. Mənə elə gəlir ki, bu texnologiya bizimlə hələ uzun müddət qalacaq, tibbi, bank və digər həyat sahələrində tətbiq olunacaq.

- İnsanlar kompüterin ixtirasından sonra daha xoşbəxt və azad oldularmı?

- Mən həyatı naliyyət nöqtey-nəzərindən müəyyən etmirəm, onu xoşbəxtliklər ölçürəm. Tarix barədə düşünəndə bir neçə əsr əvvələ qayıdıram, qədim insanların bizdən daha xoşbəxt olmaları barədə düşünürəm və xoşbəxtlik səviyyəsi eyni olması nəticəsini çıxarıram.

Mən mühəndis olmağa qərar verəndə əmin idim ki, bir gün yeni maşınlar yaranacaq və həyat daha asan, sonra isə daha yaxşı olacaq. İnsanlar həftənin beş deyil, dörd günü işləyəcək. İndi onlar hətta daha artıq işləyir.

Buna görə də texnologiyalar inkişaf edir, lakin onların ucbatından həyat daha əsəbi və stresli olur.

- Hansı böyük məqsəd üçün çalışırsınız?

- Mən istərdim ki, biz bütün siyası mövzulardan kənarlaşaq, daha çox insan beyninin potensialının istifadəsi barədə düşünək. Bu bizə inkişaf üçün yeni imkanlar verəcək. Əlbəttə ki, mən insanı imitasiya edən və ona özü kimi olmağa kömək edən maşın hazırlamaq istərdim.

Mən mühəndis-praktikəm, real düşünürəm və hər iki ayağım yerdə dayanır. Mən nəyin mümkün, nəyin qeyri-mümkün olmasını bilirəm. Buna görə də dəqiq deyə biıərəm ki, biz başqa planetlərə uçmayacağıq və ölümsüzlük əldə etməyəcəyik.

- Müasir gənclər özünə peşəni neçə seçməlidir?

- Sabah lider olmaq üçün bu gün nəyi öyrənmək lazımdır? Mən hər kəsə mühəndis olmağı məsləhət görməyəcəyəm. İnsanlar müxtəlifdir və cəmiyyətə müxtəlif peşələr lazımdır. Uşaqlar müsiqi, idmanla məşğul olmalıdır, pyes yazmalıdır...

Əlbəttə ki, məhv olan peşələr var. Bu da ona görə baş verir ki, mexanika keçmişdə qalır. Məs: əgər əvvəllər konveyerlərdə avtomobillərin yığılması ilə insanlar məşğul olurdularsa, indi bunu robotlar edir. Buna görə də müəyyən ixtisaslardan yapışıb qalmaq olmaz, onlar sadəcə buraxmaq lazımdır.

Əsas odur ki, hansı peşəni seçməyinizdən asılı olmayacaq onda ən yaxşı olun. Necə yaxşı olmaq olar? Əvvəlcə sizinlə eyni sahədə işləyən və eyni işi görən həmkarlarınızı üstələmək lazımdır, sonra isə irəliyə getmək lazımdır. Seçilən olmaq üçün nə edə biləcəyinizi düşünün. Bu barədə düşünün və motivasiya alın. Əgər bu sizdə varsa və siz öz işinizi sevirsinizsə, onda ən yaxşı olmaq sizin üçün çətin deyil.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR