Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

“Gözdən əlil və əqli zəif olanlar xərçəngə tutulmur” iddiası

“Gözdən əlil və əqli zəif olanlar xərçəngə tutulmur” iddiası
Sakura

“Gözdən əlil və əqli zəif olanlar xərçəngə tutulmur” iddiası

Professor bu haqda deyilənlərə aydınlıq gətirdi; ÜST-in bədxassəli şişlərdən qorunmaq üçün tövsiyələri

Amerikalı alimlərin yeni qənaətinə görə, gözdən əlil olan şəxslərdə xərçəng xəstəliyinə tutulma riski çox cüzidir. Bunu isə bu cür şəxslərin stressdən nisbətən uzaq olması ilə əsaslandırıblar. Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyənin tanınmış həkimi Lütfü Türkan da iddia etmişdi ki, əqli zəif insanlarda xərçəng xəstəliyinə tutulma riski sıfıra bərabərdir. Həkimin sözlərinə görə, əqli zəif insanlar daha az stress yaşadıqlarından onlarda bu xəstəlik demək olar ki, aşkarlanmır.

Doğrudur, türkiyəli həkimin iddiası ətrafında mübahisəli fikirlər olsa da, ABŞ alimlərinin də bu haqda iddiaları diqqət çəkir. Səbəb kimi həm də əqli zəif olan insanların daha az siqaret, spirtli içki düşkünü olması və  depressiyadan uzaq olması göstərilir. Bəzi iddialara görə isə qan qruplarına görə də bu xəstəliyin yaranma riskləri müxtəlifdir. Məsələn, bugünlərdə İsveç mütəxəssisləri belə bir iddia ortaya atdılar ki, birinci qan qrupu olan insanların başqalarına nisbətən xərçəng xəstəliyinə tutulma ehtimalı azdır. Lakin onlar daha çox qastrit və ülserdən əziyyət çəkirlər. Üçüncü və çox nadir dördüncü qan qrupu olan insanlarda isə mədəaltı vəzi xərçəngi daha çox aşkar edilib.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışdı: “Gözdən əlil və yaxud əqli zəif olan insanların xərçəng xəstəliyinə tutulmaması iddiası yanlışdır. Sadəcə, burada hansısa faizdən söhbət gedə bilər. Ümumiyyətlə, xərçəng şişləri təkcə insanlarda deyil, heyvan və bitkilərdə də aşkarlanır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, 2018-ci ildə 18.1 milyon xərçəng xəstəsi aşkarlanıb. Keçən il bu xəstəliklərdən ölənlərin sayı 9.6 milyon təşkil edib. Hər 5 kişidən biri və hər 6 qadından birində xərçəng yaranır, hər 8 kişidən biri və 11 qadından biri bu xəstəlikdən ölür. 2018-ci ilin hesabatına əsasən, Azərbaycanda 2018-ci ildə 11 min 606 şəxsdə xərçəng aşkarlanıb. Xərçəngdən ölənlərin sayı 8 min 133 nəfər təşkil edib. Hesabata görə, Azərbaycanda ən çox süd vəzisi, ağciyər, mədə, bağırsaq və qida borusunun xərçəngi aşkar edilir.

Adil Qeybulla ile ilgili görsel sonucu

Adil Qeybullanın sözlərinə görə, adıçəkilən xəstəliyin ölkəmizdə və dünyada sürətlə artmasının müxtəlif səbəbləri var: “Burada müxtəlif faktorlar var. Əsas səbəblər əsasən qida rasionumuzun dəyişməsi, ekologiyadır. Hazırda qida rasionumuzda süni və geni modifikasiya olunan konservləşdirilmiş qidalar çoxluq təşkil edir. Həmçinin zərərli vərdişlərin sayı artıb. Qadınlar arasında siqaret, kişilərdə isə alkoqoldan istifadə halları çoxalıb. Bütün bunlarla yanaşı, oturaq həyat tərzi və ekoloji amillər öncə stressin, daha sonra isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir. Qeyd etdiyim kimi, ekologiyanın çirklənməsi amili də var. Dünyada və ölkəmizdə avtomobillərin sayının artması ekologiyanın xeyli çirklənməsi deməkdir. 1 kub metr havada 1 nanoqram benzoin törəməsinin olması isə hər 20 nəfərdən birində ağciyər xərçəngi faktının varlığını ortaya qoyur. Ona görə də bu cür ekoloji faktorların qarşısı alınmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycanda olan qidaların alternativini xarici ölkələrdən gətirməyək. Əhalinin sağlam qidalanmasını, ölkənin ekoloji tarazlığını təmin edə bilək. Park və yaşıllıqları artıraq. Bu problemlərin həlli xərçəngin azalmasına səbəb olacaq”.

Araşdırmalara görə, son illərdə xüsusilə gənclər arasında kolorektal-bağırsaq xərçəngi rekord həddə aşkarlanır. Amerikalı onkoloqların 49 ölkə üzrə apardıqları tədqiqatların nəticələri dəhşətlidir. Belə ki, yaşı 35-dən yuxarı insanlarda kolorektal xərçəngin rast gəlinməsi son 10 ilə kimi mümkün deyildi. Adətən bu şiş 55 yaşdan sonra aşkarlanırdı. Alimlər bildirir ki, bu hal xüsusilə inkişaf etmiş, gəliri yüksək ölkələrin gənclərini əhatə edir.

Siyahıda ilk yeri Cənubi Koreya gəncləri tutur. Araşdırmalara görə, ildə hər 100.000 gəncin təxminən  12,9%-nə bu diaqnoz qoyulur. İkinci yerdə Almaniya, üçüncü yerdə isə Hindistan qərarlaşıb. Araşdırmalara görə, son 10 ildə 50 yaşa kimi yaşda kolorektal xərçəngin tapılması 19 ölkədə yüksəlib. Maraqlısı bundadır ki, bu ölkələrdə yaşlı insanlar arasında bağırsaq xərçəngi faizi azalmayıb. Siyahıda Avstraliya, Daniya, Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ var.

Alimlər hesab edir ki, bağırsaq xərçənginin gəncləşməsinə səbəb hazır qidalar, içkilər və fast-fuddur. İkinci səbəb isə indiki gəncliyin uşaqlıqdan antibiotiklə böyüməsidir. Onu da əlavə edək ki, Ümumdünya Səhiyyə Təşkilatı xərçəng xəstəliyinin başvermə risklərini azaltmağın yolları haqda bunları açıqlayıb:

- Siqaret və bütün növ tütün məmulatlarından uzaq durun. Evinizi dumandan təmiz saxlayın.

- Sağlam pəhrizdən zövq alın.

- Döşlə qidalandırma ananın xərçəng xəstəliyi riskini aşağı salır.

- Uşaqlarınızı hepatit B və İnsan papilloma virusuna qarşı peyvənd edin.

- Günəşin altında çox qalmayın, günəşdən qorunma vasitələrindən istifadə edin.

- Evinizdə və çöldə havanın kirlənməsini azaldın.

- Fiziki aktiv olun.

- Spirtli içki qəbulunu azaldın.

- Xərçəng müayinəsi proqramlarında iştirak edin.

Xalidə GƏRAY,


Mənbə: “Yeni Müsavat”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR