Dərc edildi: Baxış sayı: 632
Gözdən əlil alpinist 137 metrlik qayaya dırmanıb
Britaniyalı gözdən əlil alpinist 137 metrlik qayaya dırmanıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, alpinist Cessi Dafton rəfiqəsi Molli Tompson ilə birlikdə 7 saat ərzində Şotlandiyanın Hoy adasındakı yüksəkliyə qalxıb.
Rəfiqəsi rabitə vasitə ilə əlaqə saxlayaraq ona marşrut haqqında məlumat verərək təhlükələrdən qoruyub . Köməyin və lazımi ləvazimatların olmasına baxmayaraq idmançı daha çox əl ilə toxunmaqla zirvəyə çatıb.
“Məndə alındı”,- deyə sevinci ifadə edən Dafton bildirib ki, həyatında bu cür həyəcanlı və çətin marşrutlar olmamışdı.
“Bu mənim üçün həqiqətən də böyük qələbədir”.
Cessi və onun dostu Alister Li gözü görməyən əlil alpinistlər haqqında film çəkirlər. Yüksəkliyə dırmanma da həmin layihənin tərkib hissəsi olub.
Qeyd edək ki, bundan əvvəl digər alpinistlər də bu qayaya qalxıblar. Ancaq onlar əvvəlcədən qoyulmuş kəndirdən və qoryucu ləvazimatlardan istifadə ediblər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət